Agentlik: Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb
Bakı, 8 may, AZƏRTAC
2025–2026-cı tədris ili üzrə I sinfə qəbul prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.
Xatırladaq ki, mayın 6-dan etibarən Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib. Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]
Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir
- 01.10.2026 [15:22]
Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar
- 01.10.2026 [15:00]