Ağstafalı müəllim işə qəbul üzrə müsabiqədə 58 bal toplayıb
Bakı, 1 mart, AZƏRTAC
Ağstafa rayonu Vurğun qəsəbə tam orta məktəbin fizika müəllimi Şahin Hüseynov 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 58 bal toplayıb.
Bu barədə AZƏRTAC-a məlumat Təhsil Nazirliyindən verilib.
“Müəllim həmişə oxumalı, yenilik axtarışında olmalıdır, çünki bilik yalnız ali təhsil diplomu ilə məhdudlaşmır”, - deyən Şahin Hüseynov fizika fənnini şagirdlərinə sevə-sevə öyrədir.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.