Aleksey Overçuk: Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə danışıqlar davam edir
Moskva, 11 sentyabr, AZƏRTAC
Ermənistan ilə Azərbaycan arasında gərginliyin artması Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətinə mənfi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Şərq İqtisadi Forumu çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
A.Overçuk deyib: “Əlbəttə, gərginliyin hər hansı şəkildə artması işimizə mənfi təsir edir, onu gecikdirir və yenidən qayıdaraq fəaliyyətimizi davam etdirməzdən əvvəl vaxt itkisinə səbəb olur. Danışıqlar dayandırılmayıb, davam edir”.
Rusiya rəsmisinin sözlərinə görə, əlverişli şərait yarandıqda Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin regionda nəqliyyat əlaqələrinin açılması üzrə növbəti görüşü keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:07]
İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir
- 28.09.2026 [17:02]
“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb
- 28.09.2026 [16:53]
Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq
- 28.09.2026 [16:52]