ALLAHIN ADI İLƏ!
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar Cənabınıza, dost və qonşu Azərbaycan Respublikasının əhalisinə başsağlığı verirəm.
Heç şübhəsiz, iki ölkənin münasibətlər tarixi mərhumun İran İslam Respublikası ilə Azərbaycan Respublikasının dostluq əlaqələrinin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikası əhalisinin səadəti və rifahı naminə dəyərli səylərini unutmayacaqdır.
Böyük Allahdan mərhuma ilahi rəhmət və bağışlanma, Cənabınıza və Azərbaycan Respublikasının şərafətli xalqına səadət, başucalığı diləyirəm.
Əli Sufi
İran İslam Respublikasının kooperasiya
naziri, İran-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri.