ALLAHIN ADI İLƏ! AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Prezident cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar Cənabınıza, Azərbaycan Respublikasının şərafətli xalqına dərin hüznlə başsağlığı verirəm.
Əminəm ki, bu böyük şəxsiyyətin iki qonşu və müsəlman ölkəsi olan İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələrin daha da dərinləşməsi və genişlənməsi sahəsində göstərdiyi dəyərli səylər Cənabınız tərəfindən davam etdiriləcəkdir.
Böyük Allahdan mərhuma rəhmət, Cənabınıza və Azərbaycan Respublikasının şərafətli xalqına müvəffəqiyyət və başucalığı diləyirəm.
Kamal Xərrazi,
İran İslam Respublikasının xarici işlər naziri.