Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniya qüllələrinə virtual ekskursiya

Almaniya qüllələrinə virtual ekskursiya

Berlin, 20 oktyabr, AZƏRTAC

Almaniyada 1500-dən artıq müşahidə meydançaları mövcuddur. Televiziya qüllələri, bələdiyyə binaları, qəsr qüllələri və sadəcə hündür binaları sadalamaq olar. Bu gün xüsusi maraq kəsb edən kilsə qüllələri barədə danışacağıq. Bu qüllələrin çoxuna yalnız pilləkənlə qalxmaq mümkündür.

1377-ci ildə bünövrəsi qoyulan Ulm kilsəsi (Ulmer Münster) qotik üslubda tikilib. Onun tikintisi yalnız XIX əsrin sonlarında başa çatıb. Burada yerləşən 162 metrlik qüllə dünyada ən hündür zəng qülləsidir. 143 metr hündürlükdə olan müşahidə meydançasına çıxmaqdan ötrü 768 pillə qalxmaq lazımdır.

Köln baş kilsəsinin (Kölner Dom) cənub qülləsinin müşahidə meydançasına çıxmaq üçün 533 pillə ilə 97 metr hündürlüyə qalxmaq lazımdır. İldə 500 mindən çox insan bu “əziyyətə” qatlanır. Köln kilsəsi Almaniyanın ən görməli yerlərindəndir, bu memarlıq abidəsini ildə 6 milyona yaxın turist ziyarət edir.

Hamburqda bir neçə məbəddə müşahidə meydançaları açıqdır. Müqəddəs Mixail kilsəsindən (Hauptkirche Sankt Michaelis) başlayaq. Barokko üslubunda tikilən “Böyük Mixel” şəhərin vizit kartı hesab edilir. 82 metr hündürlükdə yerləşən müşahidə meydançasına 452 pillə aparır. Meydançanın üstündə Almaniyanın ən böyük - 8 metr diametrli qüllə saatı yerləşir.

Hamburq bələdiyyəsinə açılan əzəmətli mənzərəni Müqəddəs Nikolay Memorialının (Mahnmal St. Nikolai) qülləsindən seyr etmək olar. Neoqotik üslubunda olan məbəd İkinci Dünya müharibəsi zamanı dağıdılsa da, 147 metrlik zəng qülləsi buna tab gətirib. Bu qüllə 1874-1877-ci illərdə dünyada ən hündür tikili sayılıb. Burada pillələri saymağa ehtiyac yoxdur, çünki ziyarətçiləri 76 metrlik hündürlüyə qaldırmaq üçün lift işləyir.

İndi isə şəhərin üçüncü müşahidə meydançası barədə: Müqəddəs Pyotr Kilsəsi (Hauptkirche Sankt Petri) Hamburqun beş əsas kilsəsindən biridir. Hamburqun bu ən qədim məhəllə məbədinin tarixi barədə ilk yazılı məlumat 1195-ci ilə təsadüf edir. 544 pillə ilə 123 metr yüksəkliyə - az qala şpilədək qalxmaq mümkündür.

Almaniya paytaxtında Reyxstaqdan tutmuş Aleksanderplats teleqülləsinədək müxtəlif müşahidə meydançaları çoxdur. Ancaq bu gün bizi məbədlər maraqlandırır. Unter-den-Linden bulvarına gözəl mənzərə Berlin Kafedral Baş Kilsəsinin (Berliner Dom) - Almaniyada ən böyük Yevangeliya məbədinin müşahidə meydançasından açılır. 50 metrlik yüksəkliyə 270 pillə ilə qalxmaq mümkündür.

Berlinin Jandarm meydanında Fransız baş kilsəsi (Französischer Dom) quqenotlar üçün 1705-ci ildə inşa edilib. Kilsənin günbəzi 80 il sonra tikilib. İkinci Dünya Müharibəsi zamanı dağılan kilsə sonralar bərpa edilib. Müşahidə meydançalarına hazırda giriş müvəqqəti bağlanıb. Aparılan yenidənqurma işlərinə 5 milyon avro ayrılıb.

Berlindən Münxenə gedərkən biz yolüstü Frankfurt-Maynda dayandıq. Burada göydələnlərin sayı çoxdur. Lakin Köhnə şəhəri Frankfurt baş kilsəsinin (Kaiserdom St. Bartholomäus) müşahidə meydançasından, 66 metr yüksəkliyə 328 pillə qalxmaqla seyr etmək daha gözəldir.

Münxenin mərkəzində yerləşən yeni bələdiyyə binasına və Frauenkirxe baş kilsəsinə gözəl mənzərə şəhərin ən qədim məhəllə məbədi olan Müqəddəs Pyotr (St. Peter) kilsəsinin müşahidə meydançasından açılır. 300 pillə qalxdıqdan sonra Bavariya paytaxtının hər yeri ayağınızın altındadır!

Münxendə Frauenkirxeyə baxdıq. İndi digər Frauenkirxeyə (Frauenkirche) - Saksoniya əyalətinin paytaxtı Drezdenə qalxırıq. Barokko üslubunda olan kilsə İkinci Dünya müharibəsi zamanı dağılıb, 2005-ci ildə bərpa edilib. “Elba üzərində Florensiyaya” mənzərə - 67 metr yüksəklikdə yerləşən müşahidə meydançasından şəhərə baxanda Drezdeni belə adlandırırlar.

Ştralzund şəhəri Baltik dənizinin sahilində yerləşir. Almaniyanın ən böyük adası olan Rügenə yol buradan keçir. Mariyenkirxe məbədinin (St.-Marien-Kirche) qülləsindəki müşahidə meydançasından həm ada, həm də Ştralzundun kərpic qotik üslublu abidələri ilə məşhur olan Köhnə şəhəri gözəl seyr edilir. Buranın hündürlüyü 104 metrdir, 366 pillədə yerləşir.

“Bremen musiqiçiləri”nin vətənini burada daha əvvəl qədim məbədin özülü üzərində XI əsrdə tikilmiş kilsənin (Bremer Dom) müşahidə meydançasından seyr etmək mümkündür. 57 metr hündürlükdə yerləşən meydançaya cənub qülləsində yerləşən pilləkənlə (265 pillə) qalxmaq olar.

Avropanın ən böyük roman məbədi Reyn sahilində, Şpayer şəhərində yerləşir. İmperiya baş kilsəsinə (Speyerer Dom) gözəl mənzərə buranın Texniki Muzeyində yerləşən “Boeing-747” təyyarəsinin qanadından açılır... Baş kilsənin cənub-qərb qülləsi 55 metr hündürlükdə yerləşir. Buraya 304 pillə ilə qalxmaq mümkündür. Yuxarıya 60 pillə qalxan ziyarətçilər, həmçinin İmperator zalını da seyr edə bilərlər.

Frayburq kafedral baş kilsəsinin (Freiburger Münster) bünövrəsi XIII əsrin əvvəllərində qotik dövründə qoyulub. Buranın müşahidə meydançası 70 metr hündürlükdə, 209 pillədə yerləşir.

Almaniyanın qotik üslubda tikilmiş ən məşhur baş kilsəsi Kölndə yerləşir, ancaq ən qədimi Maqdeburqda - “Magdeburger Dom” kilsəsidir. Onun bünövrəsi Elba çayının sahilində 1209-cu ildə qoyulub. 96 metr hündürlükdə yerləşən 433 pilləlik müşahidə meydançasına yalnız ekskursiya çərçivəsində qalxmaq mümkündür. Maqdeburqda ekskursiyasız yalnız Müqəddəs İoann kilsəsinin (St.-Johannis-Kirche) müşahidə meydançasını ziyarət etmək olar.

Aşağı Saksoniyanın Xildeshaym şəhərində UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan, Roma dövrünə aid edilən iki abidə - Müqəddəs Mixail və Müqəddəs Məryəm Kilsəsi yerləşir. Baş kilsəyə mənzərə Aşağı Saksoniyanın 114 metrlik ən yüksək Müqəddəs Andrey məbədinin (St. Andreas) qülləsindən açılır. Burada 72 metr hündürlükdə yerləşən müşahidə meydançasına 364 pillə ilə qalxmaq lazımdır.

Geydelberqə ən gözəl mənzərə məşhur Geydelberq qəsrinin ərazisindən açılır, lakin buranı Köhnə şəhərdə yerləşən Müqəddəs Ruh kilsəsinin (Heiliggeistkirche) qülləsindən, 38 metr hündürlüyə 208 pillə qalxmaqla müşahidə meydançasından seyr etmək də olar.

Müqəddəs Foma (Thomaskirche) Leypsiq kilsəsi Tomanerxor - oğlanlardan ibarət kilsə xoru sayəsində bütün dünyada məşhurdur. Bu xorun kantorlarından biri olan İohann Sebastyan Bax bu məbəddə dəfn olunub. Aprel ayından noyabradək bütün istirahət günlərində, həmçinin qabaqcadan verilmiş sifarişlə ekskursiyalar vasitəsilə bu qülləni ziyarət etmək olar. 50 metrlik hündürlükdə olan qülləyə 232 pillə ilə qalxmaq mümkündür.

Almaniyanın maraqlı və görə biləcəyimiz kilsə günbəzləri və zəngləri barədə icmalımızı Tyuringiyanın paytaxtı Erfurtda başa çatdırırıq. Buranın ən görməli yerlərindən sayılan Dükançılar Körpüsünə möhtəşəm mənzərə Müqəddəs Egidiya (Ägidienkirche) məbədinin qülləsindən açılır. Qüllənin ümumi hündürlüyü 33 metrdir, meydançayadək isə 128 pillədir. Uzaqda Erfurt baş kilsəsinin və Müqəddəs Severiya kilsəsinin qüllələri görünür.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb