Almaniyada 28 May - Respublika Günü qeyd olunacaqdır
Bakı, 23 may (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Almaniyanın Maqdeburq şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir keçiriləcəkdir.
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı və ölkəmizin Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə mayın 28-də keçiriləcək tədbirə Saksen-Anhalt vilayətində fəaliyyət göstərən dünyanın 34 ölkəsinin cəmiyyətlərinin nümayəndələri dəvət olunmuşlar.
Almaniyanın “Saksen-Anhalt” gəmisində keçiriləcək tədbirdə Saksen-Anhalt vilayəti üzrə Xaricilər İttifaqının prezidenti Kristof Blau, Mişel Marguardt, Dr. Marina Langner, Dr. Rulf Kunş və digər rəsmilər də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]