Almaniyada əmək qabiliyyətli ukraynalı qaçqınların yalnız 19 faizi işləyir
Bakı, 2 fevral, AZƏRTAC
Almaniyaya sığınan ukraynalı qaçqınların əmək qabiliyyətli hissəsinin yalnız 19 faizi işlə təmin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rheinische Post” qəzeti Almaniya Federal Əmək Agentliyinə istinadla məlumat yayıb.
2023-cü ilin sonunda AFR hakimiyyət orqanlarının qaçqınların əmək bazarına inteqrasiyasını sürətləndirmək üzrə təsdiqlədiyi proqram uğurlu alınmayıb. Qəzet müqayisə olaraq qeyd edir ki, 2022-ci ilin fevralından sonra Danimarkaya gələn Ukrayna vətəndaşlarının yarıdan çoxu işləyir.
Hazırda Almaniyada 15-65 yaş arasında əmək qabiliyyətli 835 min ukraynalı yaşayır. Onlar başqa ölkələrdən gələnlər kimi qaçqın müavinətləri deyil, işsizlik müavinəti alırlar. Bu, ayda təxminən 560 avro olmaqla, qaçqınlara verilən müavinətdən 160 avro çoxdur.
Almaniya kansleri Olaf Şolts işəgötürənləri ukraynalı qaçqınları daha fəal şəkildə işə cəlb etməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]