Almaniyada Xocalı faciəsinə aid 3 min poçt markası buraxılmışdır
Bakı, 15 yanvar (AZƏRTAC). Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası rəhbərinin təşəbbüsü ilə Avropada və bütün postsovet məkanında ilk dəfə Xocalı faciəsinə aid, üzərində Azərbaycan bayrağı olan 3 min poçt markası buraxılmışdır.
Şuradan AZƏRTAC-a bildirmişlər ki, şəhər administrasiyası ilə bir ildən çox davam edən danışıqlar nəticəsində poçt markası satışa buraxılmışdır. Əsas məqsəd dünya ictimaiyyətinə Xocalı faciəsi ilə bağlı əsl həqiqətləri çatdırmaqdır və bu istiqamətdə tədbirlər davam etdirilir. Almaniyada fəaliyyət göstərən “Online-Shop” firması 4 min poçt markası alacaqdır.
Cari ilin ortalarınadək daha 50 min ədəd poçt markasının buraxılması ilə bağlı danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]