Almaniyalı futbolçu “Qalatasaray”la oyuna qədər “Liverpul”a kömək edə bilməyəcək
Bakı, 2 mart, Cavid Əliyev, AZƏRTAC
İngiltərənin "Liverpul" komandasının zədəli futbolçusu Florian Virtsin son durumu bəlli olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot məlumat verib.
Mütəxəssis almaniyalı hücumçunun martın 10-dək meydana çıxmayacağını bildirib: “Bizi “Vulverhempton”la iki görüş gözləyir. Martın 4-də Premyer Liqa, 3 gün sonra isə Federasiya Kubokunda oyunumuz var. Virts bu qarşılaşmalarda bizə kömək edə bilməyəcək. Ümid edirəm ki, o, tez zamanda heyətə geri dönəcək”.
22 yaşlı yarımmüdafiəçi bu mövsüm “Liverpul” forması ilə 35 matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsində martın 10-da səfərdə “Qalatasaray”la üz-üzə gələcək. Cavab görüşü isə martın 18-dən 19-na keçən gecə reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]