Almaniyandakı Azərbaycan diasporu Maqdeburq şəhərində etiraz aksiyası keçirmişdir
Bakı, 24 mart (AZƏRTAC). Martın 19-da Almaniyanın Maqdeburq şəhərində Saxhsen-Anhalt Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti və Almaniyadakı Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin təşəbbüsü ilə Ağdam rayonu Orta Qarvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovun Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Maqdeburq şəhərinin mərkəzindəki ALT Markt meydanında keçirilən aksiyada soydaşlarımız erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərə son qoyulması barədə şüarlar səsləndirmiş, təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1994-cü ildən hökm sürən atəşkəs rejimini mütəmadi olaraq pozması nəticəsində dinc azərbaycanlı sakinlərin qətlə yetirildiyi barədə Almaniya ictimaiyyətini məlumatlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]