Almaniyanı yeni tətil dalğası bürüyüb
Berlin, 2 fevral, AZƏRTAC
Almaniyada təqribən 90 min ictimai nəqliyyat işçisi növbəti tətilə başlayıb.
AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, bu ölkənin 80 şəhərində avtobusların, tramvay və metronun fəaliyyəti məhdudlaşdırılıb.
Almaniyanın “ver.di” həmkarlar ittifaqı tətilin təşəbbüskarı olub. Tətilçilər əmək şəraitinin yaxşılaşdırılması və 130 nəqliyyat müəssisəsi əməkdaşlarının əməkhaqqının artırılması tələblərini irəli sürüblər. Almaniyanın yalnız bir əyalətinin - Bavariya federal torpağının nəqliyyat işçiləri həmkarlar ittifaqı tətilə qoşulmayıb. Berlində isə tətil cəmi bir neçə saat davam edəcək.
Bu, artıq Almaniyada nəqliyyat işçilərinin bir həftə ərzində ikinci tətilidir. Bu yaxınlarda aeroportların təhlükəsizlik xidmətlərinin işçiləri də işi dayandırıb və bunun nəticəsində minə yaxın aviareys təxirə salınıb. Həmin tətil 200 mindən artıq sərnişinin planlarını pozub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]