Almaniyanın Türingen vilayətində dörd nəfərlik ailənin bütün üzvlərinin cəsədləri aşkarlanıb

Berlin, 11 aprel, AZƏRTAC
Almaniyanın Türingiya vilayətinin Klettbax qəsəbəsində bir evdə dörd nəfərlik ailənin bütün üzvlərinin meyitləri aşkarlanıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bu barədə Erfurt Prokurorluğundan bildirilib.
Hadisə ilə əlaqədar polis tərəfindən əməliyyat aparılır. Ölənlərin ikisi uşaqdır. Bu hadisənin intihar ola biləcəyi ehtimal edilir. Polis əməkdaşı olan 49 yaşlı atanın həyat yoldaşını və övladlarını qətlə yetirdikdən sonra intihar etdiyi ehtimal olunur.
Xatırladaq ki, bu, son bir həftə ərzində ailənin bütün üzvlərinin qətlə yetirildiyi ikinci hadisədir. Aprelin 6-da Reynland-Pfalts əyalətinin Vaytefeld qəsəbəsində bir evdə üç nəfərin – 47 yaşlı ata, 44 yaşlı ana və onların 16 yaşlı övladının cəsədləri tapılıb. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2025 [16:29]
Almaniya silahlı qüvvələrində xidmət etmək istəyənlərin sayı artır
- 18.04.2025 [15:56]
“Xanların şəcərəsi”: Qazax əlyazması dünya irsinə daxil edilib
- 18.04.2025 [15:50]
Yaponiya Ukraynaya təqribən 3 milyard dollar kredit verəcək
- 18.04.2025 [14:57]