Almatıda MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Astana, 11 aprel, AZƏRTAC
Almatıda Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası və Mərkəzi Asiya-Rusiya formatında xarici işlər nazirlərinin VIII iclası keçirilir.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, MDB-nin Baş katibi Sergey Lebedev MDB Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə 13 məsələ və 17 layihə sənədinin daxil edildiyini bildirib.
Onun sözlərinə görə, iclas iştirakçıları tərəfindən bəyəniləcəyi təqdirdə, bu sənədlərdən altısı baxılması üçün Dövlət Başçıları Şurasına təqdim olunacaq. O cümlədən, operativlik naminə 13-cü məsələ – MDB-nin “1941-1945-ci illər Əmək Şöhrəti şəhəri” fəxri adının verilməsi haqqında prosedurun 2025-ci il mayın 9-dək başa çatdırılması məqsədilə onun işçi qaydada imzalanması üçün dövlət başçılarına göndərilməsi təklif olunur.
Sergey Lebedev onu da qeyd edib ki, hökumətdaxili prosedurlar tamamlanmadığı üçün bir gün əvvəl üç məsələ gündəlikdən çıxarılıb. Bununla belə, onların üzərində iş davam edir və həmin məsələlər Birliyin gündəmində qalacaq, lakin daha sonrakı tarixə təxirə salınacaq. Bundan əlavə, gələcəkdə daha beş sənədin baxılması üçün təqdim edilməsi planlaşdırılır.
Məhdud tərkibdə keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri aktual beynəlxalq problemlər, eləcə də MDB çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Geniş tərkibdə 2026-2030-cu illər üçün Xarici Sərhədlərdə Sərhəd Təhlükəsizliyinin Gücləndirilməsi üzrə MDB Dövlətlərinin Əməkdaşlıq Proqramı layihəsinin, eləcə də MDB məkanında könüllülərin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
İclas razılaşdırılmış sənədlərin imzalanması ilə yekunlaşacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [17:23]
Vatikanda Roma Papası ilə vida mərasimi keçirilir
- 24.04.2025 [17:14]
Qazaxıstan və Əfqanıstan dəmir yolu tikintisi ilə bağlı razılığa gəliblər
- 24.04.2025 [16:38]
Tramp varlıların ABŞ-dan mümkün qaçışının səbəbini açıqlayıb
- 24.04.2025 [16:25]
Türkiyədə GSM xətti vasitəsilə dələduzluq edən şəxslər saxlanılıb
- 24.04.2025 [15:16]
Andjey Duda: Ukrayna Rusiya ilə sülh danışıqları üçün güzəştə getməlidir
Qubada 3 nəfəri it dişləyib
- [16:11]
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]