Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib
Bakı, 29 mart, AZƏRTAC
Bakı şəhəri üzrə ümumtəhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinin işində tibbi-profilaktik vəziyyət nəzərə alınaraq müvafiq dəyişiklik edilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri kömək göstəriləcək. Valideynlər digər bütün hallarla bağlı https://mektebeqebul.edu.az/az/ elektron portalında şəxsi kabinetlərindəki “Əks əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər. Valideynlər onları maraqlandıran suallarla bağlı iş günləri ərzində Təhsil Nazirliyinin Telefon məlumat mərkəzinə (nömrə 146) və BŞTİ-nin Məlumat sorğu mərkəzinə (012 599-12-22) zəng etməklə cavab ala bilərlər.
Bütün bunlar valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar tibbi-gigiyenik normaların qorunması məqsədlərinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:45]
Paytaxt məktəblisi öz mobil tətbiqini yaradıb
- 23.06.2026 [12:10]
ADPU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir
- 23.06.2026 [11:57]
ADPU-da fakültələr üzrə məzun görüşləri təşkil olunub
- 23.06.2026 [11:24]
Professor Habil Məmmədovun 60 illik yubileyi qeyd olunub
- 23.06.2026 [11:18]
SABAH qruplarında tədris fəaliyyəti üçün müraciət qəbulu başlanıb
- 23.06.2026 [11:11]