ANAMA rəhbəri vətəndaşların müraciətlərini dinləyib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəhbəri (ANAMA) Füzuli şəhərində vətəndaşlarla görüşüb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov fərdi qaydada vətəndaşları qəbul edib, müraciətlərini dinləyib. Müraciətlər əsasən Agentlikdə işə qəbul məsələləri ilə bağlı olub.
Agentliyin İdarə Heyətinin digər üzvləri və müvafiq struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi qəbulda qurumun fəaliyyət istiqamətlərinə uyğun müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb.
Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq aidiyyəti üzrə icraata göndərilib.