Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Məmmədli: Animelər yaradıcı fəaliyyətə ilham verir – MÜSAHİBƏ

Anar Məmmədli: Animelər yaradıcı fəaliyyətə ilham verir –  MÜSAHİBƏ

“Kitabi-Dədə Qorqud” “Koroğlu” kimi qəhrəmanlıq dastanlarımız anime formatında təqdim olunarsa, uşaqlar həm zövqlə izləyə, həm də milli qəhrəmanlarımızı kiçik yaşlarından tanıya bilərlər

Bakı, 14 oktyabr, Gülay Nəzərova, AZƏRTAC

Yapon mədəniyyəti əsrlər boyu öz incəliyi, zənginliyi və fəlsəfəsi ilə dünyanı valeh edib. Çay mərasimləri, samurayların döyüş fəlsəfəsi, kalliqrafiyanın estetikası, origaminin sadə kağızdan yaratdığı möcüzələr… bu incəsənət nümunələri artıq Azərbaycan gənclərinin də həyatında öz yerini tapıb. Lakin onların ən çox maraq göstərdiyi sahələrdən biri Yaponiyada istehsal olunan cizgi filmləri — anime və manqadır. Real həyatı birləşdirən hekayələri və rəngarəng dünyaları ilə anime gənclərin yaradıcılıq potensialını ortaya çıxarır, onlara yeni düşüncə tərzi və yaradıcılıq üfüqləri açır.

Məhz bu marağı birləşdirmək və Azərbaycanda anime sevgisini vahid bir platformaya çevirmək üçün 2015-ci ildə könüllü gənclər tərəfindən “Anifan” Anime Cəmiyyəti yaradılıb. Bu cəmiyyət indiyə kimi 900-dən çox könüllünü ətrafına toplamağı bacarıb. Burada gənclər tərcümə, dublyaj, manqa və altyazı sahələrində birgə çalışaraq, sevimli animeləri Azərbaycan tamaşaçılarına daha əlçatan edir, eyni zamanda, özlərini də peşəkar bacarıqlarda sınayırlar.

“Anifan” Anime Cəmiyyətinin qurucusu Anar Məmmədli AZƏRTAC-a müsahibəsində cəmiyyətin yaranmasından, görülən işlərdən və gələcək planlarından danışıb.

“Anifan”: Azərbaycan gənclərinin Yapon anime dünyasına açılan pəncərəsi

O bildirib ki, cəmiyyət Yaponiyada istehsal olunan cizgi filmlərinin Azərbaycan dilinə tərcümə və dublyajını həyata keçirir. Əsas məqsədlərinin isə yalnız anime izləmək deyil, eyni zamanda gənclərə Yapon mədəniyyətini tanıtmaq, anime və manqa sənayesini ölkəmizdə inkişaf etdirmək olduğunu vurğulayıb.

Onun sözlərinə görə, anime sadəcə bir əyləncə deyil, həm də gənclərin yaradıcılığını oyadan, dünyagörüşünü genişləndirən və yeni dostluqlara yol açan bir mədəniyyət formasıdır. “Anifan” məhz bu dəyərləri təbliğ edərək gənclərin həm əyləncəli, həm də faydalı şəkildə bir araya gəlməsinə şərait yaradır.

Könüllülükdən yaradıcılığa

“Anifan” bu gün dublyaj, tərcümə və yaradıcı layihələrdə fəal iştirak edən gəncləri bir araya gətirən platformaya çevrilib. Bütün bu fəaliyyətlər tamamilə könüllülük və animeyə olan maraq üzərində qurulub. Bizim üçün ən böyük mükafat gənclərin marağı, yaradıcılığı və anime sevgisidir. Onların həvəsi və enerjisi bizim motivasiyamızdır,” – deyə Anar Məmmədli bildirib.

Bu gün “Anifan”a qoşulan gənclər sadəcə izləyici olaraq qalmaqla kifayətlənmir, hər biri bacarığını sınamaq, yeni təcrübə qazanmaq və özünü kəşf etmək fürsəti əldə edir. Bəziləri yazı qabiliyyətini altyazı tərcüməsində sınayır, bəziləri səs tonunu dublyajda yoxlayır, digərləri isə dizayn və təşkilati işlərdə özünü göstərir. Burada hər bir gənc öz hekayəsini yazır, öz yolunu tapır. Ən maraqlısı isə odur ki, bütün bu proseslər qarşılıqlı hörmət və dostluq mühiti üzərində qurulub.

Dublyaj: Hər səsdə bir dünya

Anar Məmmədlinin sözlərinə görə, ilk illərdə cəmiyyət yalnız tərcümə ilə məşğul olub. Lakin daha sonra izləyici və komanda üzvlərinin tələbi ilə dublyaj sahəsinə qədəm qoyulub.

“Hazırda cəmiyyət üzvləri dublyaj, altyazı, manqa və administrativ komandalardan ibarətdir. Hər bir üzv öz səsi ilə animelərə həyat verir, həm yaradıcılığını inkişaf etdirir, həm də komanda ruhunu gücləndirir. Gənclərin marağı bizə göstərir ki, anime yalnız izlənməyə deyil, yaradıcı fəaliyyətə də ilham verir. Hər gün müraciət edən yeni üzvlər və onların ideyaları cəmiyyətimizin canlılığını göstərir,” – deyə o əlavə edib.

O diqqətə çatdırıb ki, səs aktyorları obrazın emosiyasını, xarakterini və ruhunu tamaşaçıya çatdırmaq üçün xüsusi hazırlıqdan keçirlər. Onların məşqləri gənclərə həm aktyorluq bacarıqları qazandırır, həm də özünəinamı artırır. Bəzən bir obraz üçün bir neçə dəfə sınaq aparılır, ən uyğun səs seçilir. Bu proses həm məsuliyyət, həm də böyük həvəs tələb edir. Gənclər üçün isə bu, yalnız bir hobbi yox, gələcək peşə yolunun başlanğıcı da ola bilər.

Populyar janrlar və gənclərin seçimi

“Anifan”ın qurucusu qeyd edib ki, Azərbaycan gəncləri arasında “şounen” və “isekai janrları böyük populyarlıq qazanıb.

“Hazırda “Demon Slayer” (“İblis ovçuları”) və “Jujutsu Kaisen” animeləri xüsusilə izlənilir. Klassiklərdən isə “Naruto”, “One Piece” və “Attack on Titan” daim izləyicilərin favoritləri olaraq qalır. Anime gənclərə dostluq, əzm, birlik və mübarizə kimi dəyərlər ötürür. Biz istəyirik ki, bu dəyərlər real həyatda da öz əksini tapsın,” – deyə Anar Məmmədli vurğulayıb.

Anime janrlarının hər birinin özünəməxsus auditoriyası var. Şounen janrı daha çox macəra və mübarizə ruhu ilə seçilir, bu da xüsusən gənc oğlanların diqqətini çəkir. İsekai janrı isə paralel dünyalar, fantastik səfərlər və qeyri-adi hadisələrlə zəngin olduğu üçün həm oğlanların, həm də qızların sevimlisidir. Digər tərəfdən, romantik, dram və “slice of life” janrları daha çox gündəlik həyatın incəliklərini göstərir, bu da emosional baxımdan gəncləri özünə çəkir. Beləliklə, hər kəs öz ruh halına uyğun janrda bir anime tapır və bu da “Anifan”ın fəaliyyətini daha da rəngarəng edir.

Azərbaycan–Yaponiya əlaqələri və tədbirlər

“Anifan” yalnız ölkədaxili fəaliyyətlə kifayətlənmir. Yaponiyada təhsil almış azərbaycanlı gənclər “Anifan” layihələrinə qoşularaq dil və mədəniyyət biliklərini paylaşır, komandanın beynəlxalq səviyyədə təmsil olunmasına kömək edir.

“Yaponiyada təhsil almış gənclərimiz burada qazandıqları təcrübəni digər üzvlərlə paylaşır, anime və manqanı daha dərindən öyrənmək istəyən gənclərə yol göstərirlər. Belə ki, “Anifan” üzvləri Yaponiyada müxtəlif mədəni tədbirlərdə iştirak edir, Yapon mədəniyyətini gənclərə tanıdır və ölkəmizi beynəlxalq anime festivallarında təmsil edirlər,” – deyə Anar Məmmədli qeyd edib.

“Anifan”ın iştirak etdiyi tədbirlərdə yalnız anime nümayişləri deyil, həm də Yapon çay mərasimləri, kalliqrafiya dərsləri, geyim təqdimatları və mədəniyyət guşələri də yer alır. Bu tədbirlər sayəsində gənclər Yaponiyanın gündəlik həyatına daha yaxından bələd olur, mədəniyyətlərarası dialoq möhkəmlənir. Eyni zamanda, Azərbaycan gənclərinin öz milli dəyərlərini təqdim etməsi də qarşılıqlı maraq doğurur. Bu prosesdə həm iki ölkə arasında dostluq əlaqələri dərinləşir, həm də gənclər özlərini qlobal mədəniyyətin bir parçası kimi hiss edirlər.

Gələcək hədəflər: Azərbaycan animasiyasının yüksəlişi

“Hədəfimiz yalnız xarici animeləri tərcümə etmək deyil. İstəyirik ki, yerli hekayələr, ölkəmizin bölgələri, adət-ənənələri və nemətləri animasiya vasitəsilə dünyaya çıxsın. Azərbaycanın zəngin folkloru, dastanları və rəvayətləri animasiya dili ilə təqdim edildiyi halda həm yerli, həm də beynəlxalq auditoriyada böyük maraq doğura bilər. Kiçik yaşlı uşaqlar bəzən filmlərə maraq göstərməsələr də, animasiya onların diqqətini daha çox çəkir. Əgər “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qəhrəmanlıq dastanlarımız anime formatında təqdim olunarsa, uşaqlar həm zövqlə izləyə, həm də milli qəhrəmanlarımızı kiçik yaşlarından tanıya bilərlər. Bu, həm milli-mənəvi dəyərlərin qorunmasına, həm də yeni nəslin öz köklərinə bağlı böyüməsinə böyük töhfə verər”, - deyə “Anifan”nın qurucusu əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib

Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO