Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anatoli Banişevskinin adı Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılıb

Bakı, 22 fevral, AZƏRTAC

Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım “Neftçi”ni seçərdim.

Bu sözlər Azərbaycan futbolunun görkəmli nümayəndələrindən biri, “Neftçi”nin və SSRİ yığmasının hücumçusu Anatoli Banişevskiyə məxsusdur. Həqiqətən də özünün dediyi kimi, “Neftçi”ni heç bir kluba dəyişməyən əfsanəvi futbolçunun xatirəsi indi də bakılıların, ölkəmizin futbol ictimaiyyətinin qəlbində yaşamaqda, vurduğu bir-birindən gözəl qollar idmansevərlər tərəfindən tez-tez xatırlanmaqdadır.

Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. On altı yaşında “Neftçi”nin əsas heyətində debüt etmiş gənc futbolçu üç il sonra SSRİ yığmasına çağırılıb. Yığma komandada keçirdiyi ilk 8 oyunda 7 qol vuraraq qısa müddətdə əsas heyətin əvəzolunmaz üzvünə çevrilib. 1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Anatoli həmin il yığma komandanın tərkibində İngiltərədə keçirilən dünya çempionatının yarımfinalında oynayıb. Ümumilikdə SSRİ yığmasında 50 oyun keçirmiş Banişevski rəqib qapılarına 19 qol vurub.

1963-cü ildən 1978-ci ilədək çıxış etdiyi “Neftçi”nin heyətində 288 oyun keçirən A.Banişevski 136 qola imza atıb və adını bombardirlərin “Qriqori Fedotov klubu”na üzv yazdırıb. 1968-ci və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında da çıxış edən həmyerlimiz sonuncu qitə turnirində gümüş mükafata layiq görülüb.

Futbolçu karyerasını başa vurduqdan sonra A.Banişevski 1981-ci ildə “Neftçi”də məşqçilik fəaliyyətinə başlayıb. Doğma komandasına iki mövsüm rəhbərlik edən Anatoli 1983-cü ildə komandadan ayrılıb və 1984-1988-ci illərdə Burkina-Faso millisində məşqçi vəzifəsində işləyib. Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə düçar olub və 1997-ci il dekabrın 10-da dünyasını dəyişib.

Azərbaycan futbolunun əfsanəsi olan Anatoli Banişevskinin ölümündən 20 ilədək vaxt keçməsinə baxmayaraq, onunla bağlı xatirələr zaman-zaman dilə gəlir, yaxınları, dostları onu tez-tez yad edirlər.

Görkəmli futbolçunun qızı Milena atası ilə bağlı xatirələrini bölüşərkən deyir: “Artıq 19 ildir ki, atam aramızda yoxdur. Onun ölümü təkcə ailəmiz üçün deyil, Azərbaycan futbolu, idman ictimaiyyəti və azarkeşlər üçün də ağır itki oldu. Atam mənim xatirəmdə çox qayğıkeş, ailəcanlı, ürəyiaçıq bir insan kimi qalıb. O, mənim həkim olmağımı arzulayırdı. Onun istəyi ilə mən məhz bu sahəni seçdim. Hətta özünə məndən başqa kimsənin iynə vurmasına icazə verməzdi”.

Atasının futbola son dərəcə bağlı olduğunu qeyd edən Milena bu barədə danışarkən deyir: “Həyatının çox hissəsini idmana həsr etdiyindən atamla yetərincə ünsiyyətdə ola bilmirdik. Çünki tez-tez səfərlərdə, məşqlərdə olurdu. Adətən hər ilin dekabrında atamın komanda yoldaşları və onların ailələri ilə birlikdə istirahət edərdik. Biz atamızı yalnız onda doyunca görüb, söhbət edə bilirdik. Atamı çox sevir, ona hörmət edirdilər. Biz hərdən şəhərə gəzməyə çıxanda insanlar yaxınlaşıb, onunla görüşərdilər. Bəzən tanımadığımız adamlar evimizə gəlib atamdan kömək istəyərdilər. Atam onlara bacardığı köməyi edərdi. Hətta şöhrəti elə səviyyəyə çatmışdı ki, atamla anamın toyunda İngiltərə şahzadəsi də təbrik məktubu göndərmişdi”.

Vaxtilə Banişevski ilə komanda yoldaşı olmuş, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq-gənclər şahmat idman məktəbinin direktor müavini işləyən Ələkbər Məmmədov da dahi futbolçu haqqında xatirələrini bölüşərək deyir: “Mən Anatolini uşaqlıq illərindən tanıyırdım. Tale elə gətirdi ki, 1973-1978-ci illərdə “Neftçi”də birlikdə oynadıq. Hətta onunla iki il bir otaqda qalmışam. Son dərəcə mərd, təvazökar, vətənpərvər insan idi. Banişevskini nəinki Azərbaycanda və Bakıda, Avropada da tanıyır və sevirdilər. Biz səfərlərə gedərkən otelə daxil olduğumuz andan onun azarkeşləri zəng edib Anatoli ilə danışmaq, görüşmək istəyirdilər”.

Banişevskinin ideal komanda yoldaşı olduğunu, dəqiq zərbələri ilə yanaşı, gözəl ötürmələri ilə də oyunu canlandırdığını qeyd edən Ə.Məmmədov xatırlayır: “O, meydançanı çox dəqiq görür, gözəl ötürmələr edirdi. Yadımdadır, 1975-ci ildə Mərakeş komandası ilə qarşılaşırdıq. İkimiz də hücumda oynayırdıq. Biz 5:0 hesabı ilə qalib gəldik və qollardan ikisini mən, ikisini isə Banişevski vurdu. Mən bu qolları Anatolinin, o isə mənim ötürmələrimlə vurmuşdu. Banişevski topu elə dəqiqliklə ötürürdü ki, onu yalnız qapıdan keçirmək qalırdı”.

Veteran futbolçu, “Neftçi” klubunun Müşahidə Şurasının üzvü Səməd Qurbanov da Anatoli Banişevski ilə bağlı xatirələrini bölüşərək deyir: “Banişevski böyük futbolçu idi və Azərbaycanı SSRİ yığmasının heyətində uğurla təmsil edirdi. Mənim futbola gəlişimdə onun böyük rolu olub və bunu indi də unutmuram. Peşəkar futbolçu kimi yetişməyimdə onun mühüm xidmətləri olub. Banişevski mehriban, qayğıkeş insan idi. Onunla 6-7 il bir komandada çıxış etdiyim üçün özümü çox xoşbəxt sayıram”.

Banişevskinin Bakını çox sevdiyini və ömrünün sonuna kimi doğma komandasına, vətəninə sadiq qaldığını diqqətə çatdıran ümumittifaq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi Rüstəm Rəhimov da onun barəsində ehtiramla danışır: “Çox xoşbəxtəm ki, Anatoli Banişevski ilə həm bir komandada oynamışam, həm də işləmişəm. Azərbaycanda futbolun inkişafında onun mühüm xidmətləri var. Əbəs yerə ona “Azərbaycan futbolunun brilyantı” demirlər. Banişevski beynəlxalq arenada da bir sıra uğurlar qazanmış, dünya və Avropa çempionatlarının mükafatçısı olmuşdu. O, həm də gözəl insan və səmimi dost, ölkəsinə bağlı vətənpərvər insan idi. Bakını çox sevirdi. Hətta SSRİ-nin güclü komandaları onu heyətlərinə dəvət etsələr də, Bakıya olan sevgisi onu Vətəndən getməyə imkan vermirdi. Bir sözlə, Anatoli Banişevskinin adı Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılıb”.

Dahi futbolçu Anatoli Banişevskinin ölkəmizdə futbolun inkişafındakı xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 1997-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Sərəncamına əsasən, Anatoli Banişevski “Şöhrət” ordeni ilə təltif olunub. 2007-ci il fevralın 2-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib  

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır VİDEO

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib