ANKARADA “AZƏRBAYCANDA ERMƏNİ ZÜLMÜ FOTOŞƏKİLLƏRDƏ” SƏRGİSİ AÇILMIŞDIR
Ankara, 1 aprel (AZƏRTAC). Türkiyə Jurnalistlər Federasiyasının, AZƏRTAC-ın və Azərbaycan Parlament Jurnalistləri Birliyinin təçkilatçılığı ilə Ankarada “Azərbaycanda erməni zülmü fotoşəkillərdə” adlı sərgi açılmışdır.
Ermənilərin Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi qətliamları əks etdirən sərginin açılışında çıxış edən Türkiyə Nazirlər Kabineti Mətbuat və Nəşriyyat İdarəsinin baş direktor əvəzi Salih Mələk bildirmişdir ki, bu sərgi bütün dünyada saxta “soyqırımı” təbliğatı aparan ermənilərə daha bir layiqli cavabdır.
Türkiyə Jurnalistlər Federasiyasının sədri Atilla Sertel demişdir ki, ankaralılara təqdim olunan bu fotoşəkillər acı və dəhşətli olsa da, bir həqiqətdir. Bizim insanlarımız bu həqiqəti bilməlidirlər. Azərbaycanlılar və türklər ət və dırnaq kimi ayrılmazdırlar. Onlar bir soya, inanca malikdirlər. Sərgidəki şəkillər Alanyada nümayiş etdirilmiş və aprelin 20-də İzmirdə də təqdim olunacaqdır.
Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı çıxışında ermənilərin Azərbaycanda dinc insanlara qarşı törətdikləri vəhşiliklərdən bəhs etmiş və bildirmişdir ki, biz bütün dünyanın diqqətini bu qəatliamlara yönəltmək istəyirik.
Sərgi aprelin 5-dək davam edəcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]