CƏMİYYƏT
Aprelin 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 10-14° isti, gündüz 20-25° isti olacaqdır.
Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 7-12°, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 3-8°, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 4-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 10-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.