Aprelin 22-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 13-15°, gündüz 22-24° isti olacaqdır.
Bakıda gecə 12-14°, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 7-12°, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Gecə və səhər duman olacaqdır.
Temperaturun gecə 5-9°, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 9-14°, gündüz 21-26° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman oalacaqdır.
Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 11-14° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.