Aprelin 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, günün ikinci yarısında arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 11-15° isti, gündüz 20-25° isti olacaqdır.
Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr təşkil edəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır. .
Temperaturun gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-14°, gündüz 23-27° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.
Temperaturun gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-10° isti, gündüz 16-20° isti olacağı gözlənilir.