Aprelin 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 11-16° isti, gündüz 23-28° isti, Bakıda gecə 13-15° isti, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 10-15° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən,
Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimal olunur. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 11-15° isti, gündüz 23-27° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,
Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 10-15° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran, Astara rayonlarında
hava əsasən yağmursuz keçəcək, dağlarda duman olacaqdır.
Temperaturun gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.