Aqil Acalov: Gələcəkdə MMA, ciu-citsu və kikboksinq turnirlərinin təşkilini planlaşdırırıq
Bakı, 31 oktyabr, AZƏRTAC
“Qarapapaq” peşəkar boks gecəsi 8 Noyabr - Zəfər Gününə həsr olunub. Bu gün biz 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbədən, zəfərdən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canını fəda etmiş xalqımızın qəhrəman övladları qəlbimizdə əbədi yaşayacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Qarapapaq” peşəkar boks gecəsində yarışlar zamanı “Qarapapaq Fight Club & Promotion”un prezidenti Aqil Acalov bildirib.
O, qeyd edib ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün idman əsas vasitələrdən biridir və bu sahənin inkişafı xüsusilə vacibdir: “Ölkəmizdə boksa, eləcə də, peşəkar boksa çox böyük maraq var. “Qarapapaq Fight Club & Promotion” bir ildir təsis edilib. Bu gün Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi və “Olimpik Pro”nun təşkilatçılığı ilə həm klubumuzun təqdimatını, həm də ilk yarışını keçiririk”.
A.Acalov bildirib ki, “Qarapapaq Fight Club & Promotion” gələcəkdə təkcə Azərbaycanda deyil, eyni zamanda başqa ölkələrdə də yarışların təşkilini planlaşdırır. O, vurğulayıb ki, klub təkcə peşəkar boks yarışlarını deyil, o cümlədən MMA, ciu-citsu, kikboksinq növlərində də bir sıra turnirlərin təşkilini nəzərdə tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]