ARDNŞ-in Ekologiya İdarəsində “Tullantıların idarə olunması planı”nın icrası ilə bağlı təqdimat keçirilmişdir
Bakı, 17 dekabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 16-da Ekologiya İdarəsində şirkətin idarə və müəssisələrində “Tullantıların idarə olunması planı”nın (TİOP) icrası ilə əlaqədar təqdimat keçirilmişdir.
Tədbirdə ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev TİOP-un tətbiqi ilə əlaqədar əldə olunan nailiyyətlərdən, tullantıların idarə olunmasında diqqət göstəriləcək sahələrdən söhbət açmışdır.
Ekologiya İdarəsi departamentinin rəisi C.Şixəliyev TİOP üzrə həyata keçirilən tədbirlər üzrə təqdimat etmişdir. Sonra carı ildə tullantıların idarə olunması üzrə aparılmış işlər, idarə və müəssisələrin ekoloji fəaliyyətinin müasir tələblərə uyğun qurulması və istehsalat sahələrində tullantılarla bağlı problemlərin həll edilməsində TİOP-un rolu haqqında müzakirələr aparılmışdır.
Sonda Soltan Əliyev tullantıların düzgün idarə olunması ilə əlaqədar qarşıda duran vəzifələrdən danışmış, tapşırıq və tövsiyələrini vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]