Argentinanın tanınmış klubunun baş məşqçisi vəfat edib
Bakı, 9 oktyabr, AZƏRTAC
Argentina futboluna böyük itki üz verib.
AZƏRTAC xəbər verir ki, “Boka Xuniors” klubunun baş məşqçisi Migel Anhel Russo 70 yaşında dünyasını dəyişib. Məlumatı klubun rəsmi saytı yayıb.
Mütəxəssis ötən ayın sonlarında səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Migel Anhel Russo futbolçu karyerasını “Estudiantes”də keçirib. O, 1989-cu ildə məşqçiliyə başlayıb, “Lanus”, “Veles Sarsfield”, “San Lorenso”, “Əl-Nəsr”, “Millonarios”, “Estudiantes” və “Boka Xuniors” kimi komandalarda baş məşqçi işləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]