Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aşıq Hüseyn Bozalqanlı tarixi faktlar fonunda...

(I məqalə)

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan aşıq sənətinin kökü qədim dövrlərə gedib çıxır. Tarixin müxtəlif mərhələlərində ustad aşıqlar yazılı ədəbiyyatın klassikləri ilə eyni səviyyədə dayanıblar. Müasir dövrdə ölkəmizin mədəni-ədəbi mühitində aşıq sənətinin xüsusi yeri var. Təsadüfi deyil ki, Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu sənətin qorunub-saxlanması və inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçirilir. AZƏRTAC Azərbaycan Aşıqlar Birliyinin üzvü Mahmud Əyyublunun Aşıq Hüseyn Bozalqanlı haqqında birinci məqaləsini təqdim edir.

Aşıq sənəti əsrlərboyu ədəbiyyatımızın inkişafında misilsiz rol oynayıb, zaman-zaman bu sənətdə görkəmli saz-söz ustadları yetişib və beləliklə, ədəbi mühitimizin inkişafında əvəzolunmaz nailiyyətlər əldə edilib. Danılmaz həqiqətdir ki, aşıq sənəti xalq yaradıcılığı kontekstində görkəmli şairlər yetirib və onlar aşıq ədəbiyyatını nəsildən-nəslə ötürüblər. Bu baxımdan günümüzdə aşıq yaradıcılığının folklor olub-olmamağı müzakirə obyektidir. Professor Məhərrəm Qasımlı “Palitra” qəzetinə müsahibəsində buna diqqət yetirərək vurğulayıb: “Aşıq sənəti folklor deyil... Daha doğrusu, aşıq sənəti ikisinin (yəni xalq və şəxsi yaradıcılıq) arasında olan bir hadisədir...” (“Palitra” qəzeti, 14 mart 2018, 48 (3104), səh. 7). Bir daha aydın olur ki, görkəmli aşıqların yaratdıqları ədəbi nümunələr insanların diqqətini cəlb edərək yaşayır və yaşayacaqdır. Bu baxımdan aşıq sənəti sırf folklor hadisəsi deyildir. Bu gün haqqında danışacağımız ustad aşıqlardan biri, görkəmli sənətkar Aşıq Hüseyn Bozalqanlıdır. Məqaləmizdə aşığın sağlığında ədəbi proseslərdə yaxından iştirakı mənbələr üzrə araşdırılıb. Qeyd edək ki, araşdırma aşığın ədəbi yaradıcılığı əsasında aparılıb.

Aşıq Hüseyn Bozalqanlı tanınmış el sənətkarı kimi sağlığında klassikləşən aşıqlardan olub, dövrünün qabaqcıl ziyalılarının diqqətini cəlb edib, gözəl ədəbi nümunələr yaradıb. Onun bir sıra müsbət keyfiyyəti aşığı görənlərin hafizəsində, dövrünün qələm insanlarının xatirələrində günümüzə kimi qorunub saxlanıb. Dərin zəkası, biliyi, zəngin mütaliəsi və fitri istedadı ilə müasirlərindən fərqlənib, yaratdığı şeirlərlə könüllərdən-könüllərə köçüb və el sənətkarının şöhrəti Azərbaycanın hər guşəsinə yayılıb. Bunu aşıq “Qırmızı” rədifli qoşmasında vurğulayıb:

Aşıq Hüseyn, telli sazdır əlində,

Hər suala cavabı var dilində.

Adı bəlli Azərbaycan elində,

Dolanmışam hər obanı qırmızı.

Hüseyn Bozalqanlının şeirlərini incələdikcə aşığın ilhamla yaratdığı poeziya nümunələrinə valeh olan oxucu onun dərin hafizəsinə heyran olur və ədəbiyyat nəzəriyyəsini dərindən bilməsinin şahidi olur. Bunu sağlığında Səməd Vurğun və dövrün digər qabaqcıl ziyalıları hiss ediblər. Azərbaycan xalq poeziyasına Aşıq Hüseynin təsirini Səməd Vurğunun dili ilə ifadə etsək, daha məqsədəuyğun olardı. “Xalq şairi S.Vurğun həmişə Abbas Tufarqanlıdan, Hüseyn Bozalqanlıdan öyrəndiyini deyir, Qazax aşığı Cambul Cabayevi şeirimizin ağsaqqalı adlandırırdı” (İ.Babayev, P.Əfəndiyev, "Azərbaycan şifahi xalq ədəbiyyatı", Maarif, Bakı, 1970, səh. 161). Aşıq Hüseyn Bozalqanlı Azərbaycan folkloruna yeni mövzular, şeir formaları gətirib və böyük bir aşıq məktəbi yaradıb. Dövrün qabaqcıl ziyalıları və günümüzün tədqiqatçıları tərəfindən aşığa yüksək qiymət verilməsi təsadüfi deyil. Aşıq Hüseyn Bozalqanlı mədrəsədə 10 il təhsil alıb, zəngin mütaliə ilə məşğul olub və əlbəttə ki, Tanrının verdiyi fitri istedad onun sənətdə qısa zamanda yüksəlməsinə səbəb olub. Aşıq Hüseynin bədahətən şeir deməsi isə dillər əzbəridir. Aşığı görən, onunla ünsiyyətdə olmuş insanların xatirələrində bu barədə xeyli məlumata rast gəlirik.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) arxivində Aşıq Hüseyn Bozalqanlının şəxsi işində yazılıb: “İnqilaba qədər Aşıq Hüseynin şeirləri saysız-hesabsız olub. Onlar vaxtında yığılmayıb, nə yazıya alınmayıb, nə də aşığın yaddaşında qalmayıb”. Səməd Vurğun onun bədahətən şeir deməsinə işarə vuraraq Hüseyn Bozalqanlını “Əli qılınclı şair” adlandırıb.

Həmin dövrün qabaqcıl ziyalıları xatirələrində aşıqdan öyrəndiklərini dəfələrlə vurğulayırlar. Səməd Vurğun, Mirzə İbrahimov, Məmməd Rahim, Osman Sarıvəlli, Vəli Xuluflu, Cəfər Xəndan və digər tanınmış ziyalılar Hüseyn Bozalqanlı ilə dəfələrlə Tovuzda və digər yerlərdə görüşərək ona bir ustad aşıq kimi böyük hörmət bəsləyiblər. Aşığı bir neçə dəfə ziyalılar Bakıya, AYB-ə dəvət ediblər ki, dövrün ədəbi mühitində yaxından iştirak etsin. Amma Hüseyn Bozalqanlı yaşının çox olması, kənd mühitini çox sevməsi səbəblərindən Bakıda qalmayıb və el-obasında keçirilən toy məclislərində fəaliyyətini davam etdirib. O zaman “Ədəbiyyat və incəsənət” qəzeti Aşıq Hüseyn Bozalqanlı kimi tanınmış klassik aşığın dəyərini bilib və hər zaman öz səhifələrində bu hörməti qoruyub. Qəzetin 1939-cu il 12 oktyabr nömrəsində (№33 (238)) üzü Nizami Gəncəvidən bəri şairlərin şəkilləri verilib. Bu şəkillər içərisində sol tərəfdə Nizaminin, sağ tərəfdə isə Hüseyn Bozalqanlının şəkilləri böyük planda verilib. Əlbəttə ki, bu şəkil aşığa sağlığında verilən ən böyük qiymətlərdən biri idi. Qəzet dərc edilən zaman aşığın oğlunun, qardaşının və qardaşı oğlunun repressiya qurbanı olmasına baxmayaraq, dövrün tanınmış ziyalıları ona olan böyük hörməti qoruyub saxlayırdılar.

İndi isə “Ədəbiyyat və incəsənət” qəzetində vaxtilə dərc olunan bəzi şeirlərlə oxucunu tanış edək. Həmin şeirlər bir çox tarixi hadisənin bu gün öyrənilməsi baxımından da dəyərlidir. Qəzetin 1938-ci il 15 yanvar nömrəsində şair Osman Sarıvəllinin tərtibatında “Deyişmə” adlı şeir dərc edilib.

Aşıq Mirzə:

Sənə qurban olum gül üzlü mələk,

Ceyran tək qarşımdan qaçma ürkərək.

Ver qolunu, qoy dolanaq, qoy gəzək,

Gəl eyləmə naz, başına döndüyüm.

Aşıq Əsəd:

Yalvarıram, qoca demə amandır,

Qocalıqda sevmək daha yamandır.

Aşiq könlüm hər fəsildə cavandır,

Qış başına, yaz başına döndüyüm.

Aşıq Hüseyn:

Ellərin qüdrəti toplandı məndə,

Dağlar çökər, əgər minsəm səməndə.

Nağıllar, dastanlar çoxdur sinəmdə,

Mən dedikcə yaz, başına döndüyüm.

Şair Osman:

Bəzəkli döşündə sədəflərin var,

Simlərin qəlbimə bağlanıb durar.

Sən qırılsan, şair könlüm qocalar,

Yaxşı dillən saz, başına döndüyüm.

Aşıq Hüseyn Bozalqanlının cavabı isə “Osmana cavab” adı ilə “Ədəbiyyat və incəsənət” qəzetinin 1938-ci il 2 fevral tarixli nömrəsində verilib. Bu şeir olduqca diqqətçəkəndir. Aşıq Hüseyn Bozalqanlı “Osmana cavab” şeirində şairlərin xarakteristikasını verir. Bu isə onun ustadlığına dəlalət edir:

Bu qoca aşığı xəstə çağında,

Yad etdiniz siz, başına döndüyüm!

İttifaqa qəbul olduğum gündən,

Saz çalmışam az, başına döndüyüm!

Bir cavan şairsən, adındır Osman,

Şirin kəlamını eşitmiş hər yan.

Döşündə el sazı, şeirində sahman,

Qafiyəsi düz, başına döndüyüm!

Səməd eşq əlindən minib rəf-rəfi,

Hər şerinə düzər dürr-sədəfi.

Gövhərin mədəni, ləlin sərrafı,

Ərit, safın süz, başına döndüyüm!

Gözəl ad qazanıb Cəfəri Xəndan,

Odlar ölkəsindən - Azərbaycandan.

Bir ox çıxan kimi öz kamanından,

Cavab verər tez, başına döndüyüm!

Rahimə sənətkar salamımız var,

Şeirində mötəbər, sözündə huşyar.

Sayənizə yığışıbdır aşıqlar,

Bəxtiyarıq biz, başına döndüyüm!

Hüseyn qocalıbdır, gözəllər saymaz,

Əsəd tamahını əlindən qoymaz.

Mirzə qəmzə satan gözəldən doymaz,

Hey yetirər göz, başına döndüyüm!

Hüseyn Bozalqanlı yaradıcılığını yüksək qiymətləndirən, ondan ədəbiyyatın incəliklərini öyrənən, aşığın mehriban münasibət bəslədiyi Səməd Vurğun “Ədəbiyyat və incəsənət” qəzetinin 1938-ci il 1 mart tarixli nömrəsində “Aşıq Hüseynə” adlı şeirini dərc etdirib. Şeir yuxarıda verilən “Deyişmə”nin təsiri altında yazılıb:

Aşıq Hüseyn, köklə sədəfli sazı

Min cavablı bir sualdan danışaq!

Məclis quraq, söhbət açaq, saz tutaq,

Gül yanaqda qoşa xaldan danışaq!

Qoy söz alım bir günahsız dodaqdan,

Düşmən baxıb həsəd çəksin uzaqdan,

Yar bəzənib, çıxan zaman otaqdan,

Başındakı güllü şaldan danışaq.

Vurğun deyər bir dərd bilən yar olsun.

Zülfü bulud, ağ sinəsi qar olsun.

Yaxşı gündə, yaman gündə var olsun

Qədir bilən əhli-haldan danışaq.

Səməd Vurğun bu şeiri 32 yaşında yazıb və o zaman Hüseyn Bozalqanlının 75 yaşı var idi. Şair ustada məhəbbət mövzusunda şeirlə müraciət edərək öz ədəb-ərkanını qoruyub. Biz bu şeir və xatirələrdən də görürük ki, Səməd Vurğun Hüseyn Bozalqanlıya ehtiramla yanaşıb.

“Ədəbiyyat və incəsənət” qəzetinin arxivini araşdırdıqca Aşıq Hüseyn Bozalqanlı ilə bağlı maraqlı yazılar üzə çıxır. 1938-ci il martın 1-də qəzetdə Cəfər Xəndanının “Aşıq Hüseyn Bozalqanlıya” adlı şeiri dərc edilib. Bu şeir də “Deyişmə”nin təsiri altında yazılıb:

Qocalıqdan gileylənmə, ay aşıq,

Kefin olsun saz, başına döndüyüm!

Tökülsün vərəqə sinənin sözü,

Sarı simdə gəz, başına döndüyüm.

Sözün inci kimi sapa düzülsün,

Yar sənə can desin, əğyar üzülsün,

Saz çalanda qara gözlər süzülsün,

Qoy eyləsin naz, başına döndüyüm.

“Yadındamı aşiq idin Gülxara,

Geyinmişdi zəri-ziba, qülxara”

Zaman keçdi, divan tutdu gül, xara.

Çal sazını, süz, başına döndüyüm.

Səməd yardan, Osman güldən danışır,

Rahim dilbər deyir, dildən danışır,

Könül qanadlanıb eldən danışır,

Danış, sən də yaz, başına döndüyüm.

Əsəd qocalığı salmayır yada,

Mirzə sevəcəkdir qoca olsa da;

Məhəbbət dəryadır bizim dünyada,

Xəndan deyir, üz, başına döndüyüm.

“Ədəbiyyat və incəsənət” qəzetindəki şeirlərlə bağlı Cəfər Xəndanın “Unudulmaz xatirələr” kitabında da məlumat verilib.

Aşıq Hüseyn Bozalqanlı bu sənətin görkəmli nümayəndəsi Aşıq Ələsgərlə görüşüb və onların qabaq-qabağa şeirləşmələri də olub. Bu barədə tanınmış folklorşünas və Aşıq Ələsgərin ilk kitabının (1934) toplayıcısı Hümmət Əlizadə yazıb: “Ələsgər ilə həməsr olan ustad aşıq və şairlər - Göyçəli Aşıq Musa, Aşıq Alı, Aşıq Məmməd, Dərələyəzli Aşıq Qəhrəman, Alçalı Aşıq Məhərrəm, Cilli Şair Aydın, Molla Tağıoğlu, şair Məhəmməd və Tovuz (Tavuz) rayonundan Bozalqanlı Aşıq Hüseyn, Yekallarlı şair Nağıdır. Bunlardan Aşıq Qəhrəman, Aşıq Alı, şair Nağı və Aşıq Hüseyn Ələsgərlə deyişmişlər" (Aşıq Ələsgər, 1934, Bakı, Azərnəşr, toplayanı H.Əlizadə, səh.12). Bu kitabda da deyişmənin bir hissəsi verilib və adını Söyün yazıblar. Həmin kitabın 163-cü səhifəsində deyişmənin altında qeyd kimi yazılıb: “Söyün - Hüseyn deməkdir. Fəqət xalq içində aşıq Söyün kimi tanındığından biz də elə yazdıq. Aşıq Hüseyn Tovuz (Tavuz) və Qazax (Qazaq) mahallarında ən məşhur aşıqlardandır. Geniş tərcümeyi-halı “Koroğlu” kitabında çap olunmuşdur”. 1928-ci ildə Aşıqların I qurultayında bu deyişmənin bir hissəsi oxunub. Aşıq Ələsgərin şagirdi Aşıq Əsəd Ələsgərin şeirlərini, Aşıq Hüseyn Bozalqanlının şagirdi Aşıq Mirzə Bayramov isə Aşıq Hüseynin şeirlərini oxuyub. Həmin qurultayın sənədləri indi də qorunub saxlanılır.

Ustad aşıqların üstün cəhətlərindən biri də zəngin dastan yaradıcılıq qabiliyyətidir. Aşıq Hüseyni haqlı olaraq dastançı aşıq adlandırırlar. Bu onun dastan yaratmaq qabiliyyəti və dastan bilmək istedadından irəli gəlib. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarının yaradıcısıdır. “Koroğlu” dastanının ən kamil bilicisi məhz Aşıq Hüseyn hesab edilib. Dastanın “Koroğlunun Toqat səfəri”, “Bağdad səfəri”, “Həmzənin Qıratı aparması”, “Koroğlunun vuruşması” və digər qolları Aşıq Hüseynin dilindən yazılıb. Tanınmış alim Vəli Xuluflu ilə Aşıq Hüseyn Bozalqanlı Gəncədə görüşüblər. Vəli Xuluflu ondan “Koroğlu” dastanının iki qolunu yazıya alıb. Kitabında yazıb: “Mən çalışdım aşığın dialektini saxlayım, təəssüf ki, Gəncə dialektində deyildi”. Bu fakt göstərir ki, Aşıq Hüseyn Bozalqanlı dastançılıqla bağlı folklorçu alimlərin diqqətini cəlb edib.

Biz hələlik Hüseyn Bozalqanlının “Nəriman” dastanından söhbət açacağıq. Dastan həmin dövr üçün olduqca ciddi bir mövzu idi. Çünki Hüseyn Bozalqanlı Nəriman Nərimanovu bu dastan vasitəsilə ilk dəfə olaraq folklora gətirib. Həmçinin bu dastanın yazılması ötən əsrin 20-ci illəri üçün ədəbiyyatda, xüsusilə aşıq poeziyasında azadlıq məsələsinin ortaya qoyulması idi. Hətta Şəmşad Rzanın 1987-ci ildə çap elədiyi “Aşıq Hüseyn Bozalqanlı (dastanlar, hekayələr)” kitabının “Ön söz”ündə (səh. 7) yazılıb: “Şairi ikinci dəfə həbs edirlər. Tale onu Metex qalasında Nəriman Nərimanovla görüşdürür. Nəriman ona çox hörmətlə yanaşır, hətta şairin həbsdən çıxmasına yaxından kömək edir. Bu təsir sonralar Hüseynin yaradıcılığında öz əksini tapır. Şair ona “Qoca Şərqin Nərimanı gəlirmi?” şeirini və “Nəriman” dastanını yazır”. Şəmşad Rza bu kitabı nəşr etdirdikdə Aşıq Hüseyn Bozalqanlının qızı Səhnə (Səkinə) nənə yaşayırdı və şübhəsiz ki, onun atası haqqında bildiklərindən istifadə olunub.

Aşıq Hüseyn AYB üzvü olan ilk aşıqdır. O dövr üçün aşıqların fəaliyyətini qiymətləndirən ən yüksək ad Əməkdar İncəsənət Xadimi idi. Hüseyn Bozalqanlı bu ada layiq görülüb. Qərar 1939-cu ildə verilib, 1940-cı ildə icra olunub və 1941-ci ildə sənədləşdirilib. Aşıq xəstə olduğuna görə sənədi özü ala bilməyib. Həmin sənəd Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ustad sənətkar I və II Aşıqlar qurultaylarının, eləcə də, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO