AŞPA-nın ikinci plenar iclası işə başlayıb
Strasburq, 25 aprel, AZƏRTAC
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası aprelin 25-də işinə komitə və siyasi qrupların iclasları ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, yaz sessiyasının ikinci plenar iclasında əvvəlcə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkiləri keçiriləcək. Avropalı deputatlar rumıniyalı namizədin AHİM-in hakimi olması üçün səs verəcəklər.
Sessiyanın plenar iclasında İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir ölkəsinin sədrlik etdiyi Nazirlər Komitəsinin kommünikesini təqdim edəcək və deputatların suallarını cavablandıracaq.
Avropalı deputatlar 2023-cü il mayın 16-17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə dair cari məsələlərlə bağlı müzakirələr aparacaqlar.
Cari debatlarda, həmçinin “Avropa İnsan Hüquqları Konvensiyası və milli konstitusiyalar” mövzusunda məruzə müzakirə olunacaq. Deputatlar demokratiya statusu üçün tərəfdaşlığın fəaliyyətinə dair məruzəni dinləyəcək və bununla bağlı fikirlərini bölüşəcəklər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]