“Astana balet” teatrının səhnəsində Azərbaycan əfsanəsi canlandırılacaq
Astana, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 17-18-də “Astana balet” teatrının səhnəsində Şirvan xalçası haqqında qədim Azərbaycan əfsanəsi əsasında hazırlanmış irimiqyaslı bədii əsər olan ikipərdəli “İki xalça” baletinin premyerası olacaq.
AZƏRTAC Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, bu hekayə tamaşaçıları xalça naxışlarının həyat salnaməsinə çevrildiyi, hər bir sapın tale və hisslər daşıdığı bir dünyaya aparır.
Librettonun müəllifi və layihənin ilhamvericisi Valeri Kopeikindir.
Musiqi baş dirijor Arman Urazqaliyevin rəhbərliyi ilə “Astana balet” teatrının Simfonik Orkestrinin canlı ifasında səslənəcək.
“İki xalça” baleti sadəcə bir səhnə hekayəsi deyil, Şərqlə Qərbi, ənənə ilə müasirliyi, əbədi məhəbbət mövzusunu və insan yaddaşının hüdudsuz gücünü birləşdirən epik povestdir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]