ATAA: Azərbaycanla Venesuela arasında birbaşa aviauçuşların təşkili müzakirə edilib
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran, eləcə də Venesuela Turizm Nazirliyinin nümayəndələri və bir sıra turizm şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və inkişafı məsələlərini müzakirə edib.
Bu barədə AZƏRTAC-a ATAA-dan bildirilib.
Qeyd edilib ki, “AITF 2023” 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi çərçivəsində təşkil olunan görüşdə qarşılıqlı turizm əlaqələrinin gücləndirilməsi, birgə işbirliyinin formalaşdırılması, kommunikasiya əlaqələrinin genişləndirilməsi, eləcə də turist cəlbediciliyinin artırılması məqsədilə infoturların planlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin iki ölkə arasında birbaşa aviauçuşların təşkili məsələsi də müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]