Atatürkün nadir şəkillərindən ibarət fotoalbom nəşr edilib
İstanbul, 4 fevral, Günel Karatepe, AZƏRTAC
Türkiyə xalqının Ulu Öndəri Qazi Mustafa Kamal Atatürkün nadir şəkillərindən ibarət yeni fotoalbom ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu nəzdində fəaliyyət göstərən Atatürk Araşdırma Mərkəzi tərəfindən “Fotolarla Atatürk: Bir ömür, Bir Cümhuriyyət” mövzusunda nəşr edilən əsərdə Atatürkə məxsus 350 nadir şəkil yer alıb.
Tarixi izahlarla oxuculara təqdim edilən əsərdə cümhuriyyət tarixində “Çiçək bayramı”, “Atlılar məhkəməsi” kimi az bilinən mövzulara da aydınlıq gətirilib.
Alboma “əvvəl” və “sonra” tipli müqayisəli fotolar da daxil edilib. Bunların arasında Atatürkün Salonikidə doğulduğu ev əvvəlki və indiki vəziyyətdə müqayisəli şəkildə yer alıb.
Fotoalboma, həmçinin Atatürkün atası Əli Rza Əfəndinin şəcərəsinə aid məlumatlar da daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [15:57]
Dövlət Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anılıb
- 04.02.2026 [14:38]
Nazir müavini: Yeni konsepsiyada mədəniyyətin 6 əsas sahəsi təqdim olunur
- 04.02.2026 [13:53]