ATƏT MÜŞAHİDƏÇİLƏRİ SUMQAYITDA OLMUŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 15-də keçiriləcək Azərbaycan prezidenti seçkilərini müşahidə edəcək ATƏT-in müşahidəçilər missiyasının üzvləri sentyabrın 16-da Sumqayıtda olmuşlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev missiyanın üzvləri Qalina Diran (Almaniya) və Enn Soft Sten (İsveç) ilə görüşmüşdür. Şəhərin tarixindən və sənaye potensialından söhbət açan V.Əliyev qonaqlara son beş ildə həyata keçirilmiş irimiqyaslı layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, dəyişikliklər və yeniləşmə dinamik inkişaf edən Sumqayıtın həyat fəaliyyətinin bütün sahələrini, o cümlədən abadlaşdırma, infrastrukturun təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinin inkişafı sahələrini əhatə etmişdir.
ATƏT müşahidəçilər missiyasının üzvləri bildirmişlər ki, onların səfəri tanışlıq xarakteri daşıyır. Enn Soft Sten qarşıdan gələn seçkiləri ATƏT-in 28 daimi təmsilçisinin müşahidə edəcəyini bildirmişdir. Qonaq demişdir ki, Qalina Diranla birlikdə Bakının Binəqədi rayonunda və Sumqayıtda seçkilərin gedişini izləyəcəkdir. Qonaqlar dairə seçki komissiyalarında jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər.
Sonda qonaqlara Sumqayıt haqqında ingilis dilində çap olunmuş kitablar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]