ATLETİKA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİNİN QALİBLƏRİ MƏLUM OLMUŞDUR
Bakı, 3 mart (AZƏRTAC). Respublika Olimpiya Mərkəzində atletika üzrə yeniyetmə idmançılar arasında Azərbaycan birinciliyinin qalibləri məlum olmuşdur.
Üç təkanla uzunluğa tullanma yarışlarının nəticəsinə əsasən, Ekaterina Səriyeva qızlar, Elvin Tağıyev isə oğlanlar arasında qalib olmuşlar.
Oğlan və qızların 60 metr məsafəyə qaçışında Alyona Setina və Əzizağa Muxtarlı fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Alyona Setina 200, Valeria Əzizova, Evgeni Kasilov 400, Arzu Xəlilova isə 800 və 1500 metr məsafəyə qaçışda ölkə çempionu olmuşlar.
Kişi və qadınların yadro itələmə yarışında isə Raqneta Qurbanova və Elnur Allahverdiyev birinci yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]