ATMU-nun tələbələri “Erasmus+” təqaüd proqramından faydalanırlar
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) üç tələbəsi 2023/2024-cü tədris ilində Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində nəzərdə tutulan təqaüd proqramından faydalanmaq şansı əldə ediblər.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, hazırda ali təhsil müəssisəsinin Turizm və qonaqpərvərlik fakültəsinin bakalavriat səviyyəsinin tələbələrindən Cavad Abbaszadə Rumıniyanın Alexandru İoan Cuza Universitetində, Mirvüsal İbrahimli Türkiyənin Eskişehir Osmanqazi Universitetində, Biznes idarəçiliyi fakültəsinin magistrantı Nihad Hadıyev isə İtaliyanın G.N.Annunzio Çieti-Pescara Universitetində menecment ixtisası üzrə təhsillərini davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]
BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
- 14.10.2026 [17:01]