AUDİONAĞILLAR SİLSİLƏSİ HAZIRLANIR
AZƏRTAC xəbər verir ki, ölkədə ilk dəfə olaraq Azərbaycan xalq nağıllarından ibarət audionağıllar silsiləsi hazırlanır.
Layihədə uşaqları nağıllar aləmi ilə daha yaxından tanış etmək üçün CD formatında olan audionağıl tamaşaları hazırlanacaqdır. Azyaşlılar istirahət edərkən də bu nağılları sərbəst şəkildə dinləyə bilərlər.
Artıq «Məlikməmməd» nağılı diskə yazılmışdır və yeni mövsümdə təqdimatı keçiriləcəkdir.
İndi «Göyçək Fatma» nağılı üzərində iş gedir.
Mətnlərdə dəyişiklik edilmədən nağıllarda olan bəzi arxaik sözlərin daha yaxşı qavranılması üçün onların yeniləri ilə əvəzlənməsi məsləhət görülmüşdür. Ümumilikdə 20-yə qədər Azərbaycan nağılının disk şəklində buraxılması nəzərdə tutulmuşdur.
Audionağıl tamaşaların musiqi tərtibatçısı bəstəkar Vüqar Camalzadə və Mahir İbrahimdir. Mətnlər üzərində Arzu Soltan işləmışdir. Quruluşçu rejissoru İntiqam Soltan olan tamaşalarda rolları Pərvin Allahverdiyev, Nəcəf Məmmədov, Mehman Piriyev, Elnur Mehdiyev, Cavanşir Məhərrəmov və başqaları ifa edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]