Azərbaycan Dövlət İnformasiya Agentliyi

Auditorlar Palatasının sədri: Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə daha kəsərli aparılmalıdır – MÜSAHİBƏ

Auditorlar Palatasının sədri: Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə daha kəsərli aparılmalıdır –  MÜSAHİBƏ

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu və vəzifələri” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov konfrans barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

-Vahid müəllim, konfransın mövzu aktuallığını necə dəyərləndirərdiniz?

-Dünyada iqtisadiyyatın inkişafı yolunda bir sıra problemlər hələ də qalmaqdadır ki, bunlardan da biri cinayət yolu ilə əmlakın əldə edilməsi və ondan istifadə hallarının mövcudluğudur. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının məlumatlarına görə, dünyada cinayətkarlar hər il bu yolla 2-4 trilyon dollar məbləğində “yuyulma” həyata keçirirlər.

Çox önəmlidir ki, belə halların yolverilməzliyini davamlı olaraq qeyd edən Prezident İlham Əliyevin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı” bu istiqamətdə çox mühüm kompleks tədbirlərin reallaşdırılmasını hədəfləyir. Milli Fəaliyyət Planı öz əhatəliliyi və təkmilliyi baxımından çox əhəmiyyətli sənəd olmaqla bərabər, cəmiyyətimiz üçün həyati vacib olan dörd istiqaməti özündə ehtiva edir:

Birincisi, ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsi;

İkincisi, bu sahədə müxtəlif iştirakçılar - məhkəmə və cinayət təqibi orqanları, nəzarət orqanları, digər səlahiyyətli qurumlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılması;

Üçüncüsü, ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılması;

Dördüncüsü, nəzərdə tutulan tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şəraitin yaradılması.

Milli Fəaliyyət Planında nəzarət orqanlarının rolu və vəzifələri, məsuliyyət və öhdəliklərinə dair önəmli müddəalar da öz əksini tapmışdır. Keçiriləcək konfransda müvafiq qurumların nümayəndələrinin iştirakı ilə bu məqsədlərə daha səmərəli şəkildə çatmağın yolları araşdırılacaq.

-Milli Fəaliyyət Planı konkret daha hansı problemlərin həllinə rəvac verməlidir?

-Milli Fəaliyyət Planı, bir tərəfdən dövlət nəzarət qurumlarının öz aralarında, digər tərəfdən isə, dövlət və qeyri-dövlət nəzarəti orqanları arasında qarşılıqlı əlaqələrin qaydaya salınması və təkmilləşdirilməsi işini aktuallaşdırır. Həllini gözləyən aktual problemlərdən biri də aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə olunması əsasında təyin edilməsinin təşkili problemidir. Maliyyə nəzarətinin effektivlik meyarlarının hazırlanması və tətbiqi mütərəqqi seçmə prosedurlarından istifadə edilməsi, ən əsası isə nəzarətin özünün keyfiyyətinin yüksəldilməsi və təsirliliyinin təmin olunması kimi istiqamətlər də keçiriləcək konfransımızın mövzusuna daxil olan məsələlərdəndir. Bununla yanaşı, yoxlayıcıların və öhdəlik daşıyan şəxslərin, o cümlədən auditorların ixtisas səviyyələrinin yüksəldilməsi, nəzarət orqanlarının əməkdaşları üçün sahəvi risklərə uyğun olaraq illik təlimin hazırlanması və bu plan əsasında təlimlər keçirilməsi mühüm önəm kəsb edir. Yeni ödəniş üsullarına geniş yol açan rəqəmsallaşma şəraitində nəzarət orqanlarının vəzifələrinin daha da mürəkkəbləşməsi və onların əməkdaşlarının peşə hazırlıq səviyyəsinin müasir tələblər baxımından yüksəldilməsi bir zərurətə çevrilib.

Bütövlükdə isə, hər bir nəzarət orqanı tərəfindən risk əsaslı yanaşma rəhbər tutularaq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə 3 illik sahəvi nəzarət strategiyasının hazırlanması mühüm önəm kəsb edir. Daha bir mühüm və aktual məsələ kimi Milli Fəaliyyət Planının 8.5.2-ci bəndində nəzərdə tutulmuş “Hesabına dövlət büdcəsi vəsaitinin daxil olduğu sahibkarlıq subyektlərinin və onların subpodratçılarının fəaliyyətinin sistematik auditi, şel şirkətlər və onların benefisiar mülkiyyətçilərinin araşdırılması və qanunvericilikdə müəyyən edilmiş tədbirlərin görülməsi” tədbiri yeni dövrün çağırışları və rəqəmsallaşma şəraitində yüksək dəyərləndirilməlidir.

Əmlakın leqallaşdırılması probleminin dövlət orqanlarının fəaliyyətində olduğu kimi, özəl sektorda da təmin edilməsi çox zəruridir. Bu problemlərin həlli isə müvafiq araşdırmaların və beynəlxalq təcrübənin tətbiqini ön plana çəkir.

Xüsusi vurğulamaq lazımdır ki, nəzərdə tutulmuş məsələlər inzibati yollardan daha çox qabaqlayıcı tədbirlərin görülməsini məqsədəmüvafiq hesab edir. Belə ki, risklərin müəyyən edilməsi və onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, iqtisadi - maliyyə xarakterli cinayətlərin ümumilikdə və sahələr üzrə səbəblərinin xüsusiyyətlərinin və səviyyəsinin öyrənilməsi və bu zaman ixtisaslaşmış tədqiqatların nəticələrindən istifadə edilməsi, habelə qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığın vacibliyi vurğulanıb.

-Vahid müəllim, terrorçuluğun maliyyələşdirilməsinə qarşı aparılan mübarizə barədə danışardınız.

-Fikrimcə, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə daha kəsərli aparılmalıdır. Son vaxtlar bəzi ölkələr tərəfindən terrorçuluqdan ölkəmizin daxili işlərinə qarışmaq aləti kimi istifadə olunması cəhdlərinin şahidiyik. Sosial, siyasi, iqtisadi, humanitar və digər amillərlə pərdələnmiş cəhdlərin hamısı terrorizmin əlaməti kimi dəyərləndirilməli və onların qarşısı bundan sonra da qətiyyətlə alınmalıdır. Başqa sözlə, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanları özlərinin rol və vəzifələrini yeni dövrün çağırışları ilə uzlaşdırmalıdır.

Bu baxımdan cinayət yolu ilə əldə olunmuş aktivlərin qaytarılması sahəsində nəzarət qanunvericiliyinin və digər orqanların işləri daha səmərəli və nəticəli olmalıdır.

Məxfilik tələblərinin bəzi sahələrdə yumşaldılması, daxili nəzarətin və daxili auditin tətbiqinə dair mövcud qanunvericiliyin icra vəziyyəti də yüksəldilməlidir.

-Şübhə yoxdur ki, bu kimi addımlar, “Milli Fəaliyyət Planı”nda mühüm vəzifə kimi qarşıya qoyulan problemlərin həlli ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcək. Bu barədə nə deyə bilərsiniz? Ölkə auditorları hansı vəzifələri yerinə yetirmək əzmindədirlər?

-Prezident İlham Əliyev 2023-cü il sentyabrın 15-də Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına ünvanladığı müraciətdə deyib: “Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır.

Hesabatlılığın və obyektiv keyfiyyətli informasiya təminatının başlıca amili qismində şəffaflıq həm də resurslardan səmərəli və məqsədyönlü istifadənin əsası kimi dəyərləndirilməlidir. Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir. Dövlətin maliyyə resurslarının qorunub saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır”.

Ölkə auditorları üçün həm şərəfli, həm də yüksək məsuliyyət doğuran bir haldır ki, Milli Fəaliyyət Planında digər nəzarət orqanları ilə birlikdə Auditorlar Palatasına da çox mühüm vəzifələrin icrası həvalə olunub. Belə ki, Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlərin 10-a yaxın bəndində həlli vacib vəzifələrin həyata keçirilməsi qarşımızda durur.

Ümumiyyətlə, ölkə auditorlarının istər şəffaflığın artırılmasında, korrupsiya və kölgə iqtisadiyyatına qarşı mübarizədə, istərsə də Milli Fəaliyyət Planında nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq, hazırda Auditorlar Palatasının kollektivi və üzvləri bu mühüm vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək əzmindədirlər ki, bu da dövlət başçısının ölkə auditorlarının fəaliyyətinə verdiyi yüksək dəyərə layiq olmaq zərurətindən irəli gəlir.

Ümid edirəm ki, keçiriləcək konfransımızda səsləndirilən fikirlər əsasında hazırlanacaq tövsiyələr ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının vəzifələrinin daha da ciddi yerinə yetirilməsinə öz müsbət töhfəsini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar VİDEO

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub