AVQUSTDA BAKI ELEKTRİK STANSİYASI ELEKTRİK ENERJİSİ İSTEHSALI PROQNOZUNU 10 FAİZ ÜSTƏLƏMİŞDİR
AZƏRTAC “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı Elektrik Stansiyası normal iş rejimində fəaliyyətini davam etdirir.
Cari ilin avqustunda stansiyada 55 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu, nəzərdə tutulduğundan 10 faiz çoxdur.
Həmin müddətdə hər kilovat-saat elektrik enerjisi istehsalına proqnozlaşdırıldığından az şərti yanacaq sərf edilmişdir. Nəticədə 150 tona yaxın şərti yanacağa və 34 min kilovat-saatdan artıq elektrik enerjisinə qənaət olunmuşdur.
Görülmüş tədbirlər nəticəsində istehlakşılara verilən elektrik enerjisinin keyfiyyəti əsaslı surətdə yaxşılaşmışdır.
Stansiyada energetika sisteminin sabitliyinin təmin edilməsi və istehsal olunan enerjinin istehlakçılara itkisiz çatdırılması məqsədilə tədbirlər həyata keçirilir.