AVRASİYA KİTABXANA ASSAMBLEYASININ NÖVBƏTİ İCLASI BAKIDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 17-dən 19-dək Bakıda Avrasiya Kitabxana Assambleyasının (AKA) növbəti iclası keçiriləcəkdir.
Avropa və Asiyanın nüfuzlu milli kitabxanalarını özündə birləşdirən Avrasiya Kitabxana Assambleyasına 11 dövlət - Azərbaycan, Rusiya, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Moldova və s. daxildir.
Assambleyanın prezidenti vəzifəsini hazırda Belarus Milli Kitabxanasının direktoru, professor Roman Motulski icra edir.
AKA-nın növbəti iclasının M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi çərçivəsində Bakıda keçirilməsi barədə razılıq çoxdan əldə edilmişdir.
İclasda üzv dövlətlər arasında kitabxana-informasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, kitabxana işinin müasir tendensiyalarının və now-how texnologiyalarının tətbiqi və s. məsələlər müzakirə olunacaq, informasiya resurslarının formalaşması sahəsində təcrübə mübadiləsi aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgisi açılıb
- 16.06.2026 [16:08]
Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub
- 16.06.2026 [15:35]
Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib
- 16.06.2026 [15:27]