Avroliqanın finalında VAR sistemindən istifadə olunacaq
Bakı, 16 may, AZƏRTAC
UEFA-nın rəsmi saytında verilən məlumata görə, Avropa Liqasının finalında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasında matçda VAR (arbitrlərə videokömək) sistemindən istifadə ediləcək.
AZƏRTAC xəbər verir ki, bu matç turnir tarixində hakimlərin videotəkrarlardan istifadə edə biləcəyi ilk oyun olacaq.
Xatırladaq ki, “Arsenal”-“Çelsi” finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Matçın baş arbitri italiyalı Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. Dördüncü arbitr kimi Daniele Orsato təyin edilib.
Bundan əvvəl VAR sistemindən Çempionlar Liqasının pley-off matçlarında istifadə edilib.
Əlavə məlumat kimi qeyd edək ki, Avroliqanın qalibi Çempionlar Liqasına birbaşa vəsiqə alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]