AVROPA ÇEMPİONATINA YOLLANACAQ AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİNİN ADLARI AÇIQLANMIŞDIR
Bakı, 13 mart (AZƏRTAC). Martın 29-dan aprelin 6-dək Vilnyusda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığma komandasının heyəti məlum olmuşdur.
Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, sərbəst güləşçilərin yarışında Azərbaycanın idman şərəfini Ceyhun Əliyev (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və
Əli İsayev (120 kq) qoruyacaqlar.
Bundan əlavə məşqçilər heyəti qitə çempionatına hər çəki dərəcəsi üzrə ehtiyat qismində də idmançılar aparacaqlar. Bu məqsədlə komandaya Yaşar Əliyev (55 kq), Xaybula Şaalov (60 kq), Xaqan Süleymanov (66 kq), Aqil Quliyev (74 kq), Şərif Şərifov (84 kq), Cəmaləddin Maqomedov (96 kq), Müslüm Müslümov (120 kq) cəlb olunmuşlar.
Yunan-Roma güləşi üzrə yığma komandanın heyətində yarışa Rövşən Bayramov (55 kq), Fuad Alıyev (60 kq), Fərid Mansurov (66 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq), Denis Mişin (96 kq) əsas, Elçin Əliyev (55 kq), Sakit Cəlilov (60 kq), Vitaliy Rəhimov (60 kq), Emin Əhmədov (66 kq), Elvin Mürsəliyev (74 kq), Araz Həsənov (84 kq) isə ehtiyat qismində yollanacaqlar.
Qadınların mübarizəsində Azərbaycanı Mariya Stadnik (48 kq), Əminə Abbasova (48 kq), Nadiya Qradyuk (51 kq), Yelena Komarova (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq), Dina İvanova (72 kq) təmsil edəcəklər.