AVROPA ÇEMPİONATINDA AZƏRBAYCAN ŞAHMATÇISI LİDERLƏR SIRASINDADIR
Bakı, 11 mart (AZƏRTAC). Sankt-Peterburqda şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir. Üçüncü turda Azərbaycan şahmatçılarından Xəyalə Abdulla Rusiya təmsilçisi Yelizaveta Borisovanı məğlub etmişdir. Türkan Məmmədyarova isə digər Rusiya şahmatçısı Lana Abuladze üzərində qələbə qazanmışdır. Nərmin Kazımova da rəqibi Arina Kiselyovadan (Rusiya) üstün olmuşdur. Həmyerlilərimizdən Gülnar Məmmədova Yekaterina Nikanovayla (Belarusiya), Nərgiz Umudova isə Monika Galzetta ilə (İspaniya) görüşlərini sülhlə başa çatdırmışlar.
Üç turdan sonra Xəyalə Abdulla 2 xalla liderlər sırasındadır. Digər şahmatçılarımız Nərgiz Umudova 1,5 xal, Gülnar Məmmədova 1,5 xal, Nərmin Kazımova hərəyə 1,5 xal və Türkan Məmmədyarova 1 xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]