Avropa çempionumuz revanş döyüşünə çıxacaq
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan kikboksçusu Zöhrab Əzimov Rusiyanın Oryol şəhərində keçiriləcək peşəkar döyüşdə mübarizə aparacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Kikboksinq Federasiyasından məlumat verilib. Fevralın 27-də peşəkar rinqdə yığma komandamızın üzvü, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 10 qat Azərbaycan çempionu Zöhrab Əzimovun rəqibi yerli idmançı Timur Nadirov olacaq. Azərbaycan təmsilçisi kikboksinq üzrə peşəkar döyüşdə “ACB” kəməri uğrunda yarışacaq.
Xatırladaq ki, bu hər iki idmançının revanş döyüşüdür. İdmançımız Rusiyaya Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin baş məşqçisi, Əməkdar idman ustası Hakim Hacıyevin rəhbərliyi altında yollanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]