Avropa İttifaqı ölkələrindən Latviyaya səfər edənlər karantinə alınacaqlar
Riqa, 31 avqust, AZƏRTAC
Avropada COVID-19-a yoluxma hallarının sayının artmasını nəzərə alan Latviya Slovakiya, Sloveniya İtaliyadan və ya bu ölkələrdən tranzit keçməklə ərazisinə daxil olacaq şəxsləri 14 günlük karantinə yerləşdirəcək.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi yayıb.
Beləliklə, Avropa İqtisadi Zonası və Avropa İttifaqının 26 ölkəsindən, həmçinin Monako və Andorradan qayıdan şəxslər Latviyada 14 günlük özünütəcrid rejiminə riayət etməlidirlər.
Qeyd edək ki, hazırda Avropada koronavirusa ən çox yoluxma halı İspaniyada qeydə alınıb. Burada hər 100 min nəfərə 196,4 yoluxma halı düşür. Virusun daha çox yayıldığı ölkələr arasında Andorra, Malta, Lüksemburq, Rumıniya, Monako, Xorvatiya, Fransa, Belçika, Hollandiya, İsveçrə və Avstriya da var.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]