Avrozonada bu il 0,6 faiz iqtisadi artım gözlənilir
Roma, 16 noyabr, AZƏRTAC
Avrozona iqtisadiyyatının bu il 0,6 faiz, 2024-cü ildə isə 1,2 faiz artacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının hesabatında deyilir.
Məlumata görə, Avropa İttifaqında iqtisadı artımın cari ildə 0,6 faiz, növbəti ildə 1,3 faiz olacağı gözlənilir. Bununla da Avrozonada və Aİ-də iqtisadi artım proqnozları azaldılıb. Əvvəlki hesabatda Avrozona iqtisadiyyatının bu il 0,8 faiz, gələn il 1,3 faiz, Aİ-də isə müvafiq olaraq 0,8 faiz və 1,4 faiz artacağı proqnozlaşdırılırdı.
Proqnozların aşağı istiqamətli dəyişdirilməsinə səbəb kimi yüksək inflyasiya göstəricisi, pul siyasətinin sərtləşdirilməsi və tələbin azalması göstərilib. Hesabatda 2025-ci ildə Avrozonada 1,6 faiz, Aİ-də isə 1,7 faiz iqtisadi artım gözlənildiyi bildirilir. Həmçinin bu il inflyasiya göstəricisinin Avrozonada 5,6 faiz, Aİ-də 6,5 faiz, növbəti ildə müvafiq olaraq 3,2 faiz və 3,5 faiz olacağı gözlənilir.
Qeyd edək ki, cari ildə İtaliya iqtisadiyyatının 0,7 faiz, gələn il isə 0,9 faiz artacağı proqnozlaşdırılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]