Avstriya gimnastına Bakıda “SmartScoring Shooting Star” mükafatı verilib
Bakı, 19 may, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı çərçivəsində “SmartScoring Shooting Star” mükafatı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, çempionatın tərəfdaşı olan “SmartScoring” şirkətinin təsis etdiyi mükafat Avstriya gimnastı Nikol Rupreçtə verilib.
2001-ci ildən gimnastika ilə məşğul olan N.Rupreçt, ölkəsində dəfələrlə ilin ən yaxşı qadın idmançısı adına layiq görülüb. “Rio 2016” Yay Olimpiya Oyunlarının iştirakçısı olan gimnast, ardıcıl 7 il Avstriya çempionu adını qazanıb.
Bakıda dörd gün davam edən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış ediblər. Çempionata 35 ölkədən olan gimnastlar qatılıb.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa Çempionatına ev sahibliyi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]