Avstriyada tufan ciddi fəsadlar törədib, üç nəfər həlak olub
Vyana, 30 avqust, AZƏRTAC
Avqustun 29-da axşam saatlarında Avstriyanın bir sıra federal əyalətlərində güclü yağış, tufan və daşqınlar baş verib.
AZƏRTAC xəbər verir ki, Burqenland federal əyalətində güclü külək çox sayda ağacın aşmasına səbəb olub. Qüssinq rayonu ərazisində yol kənarındakı palıd ağaclarından biri yola aşıb və hərəkətdə olan mikroavtobusun üstünə düşüb. Nəticədə mikroavtobusda olan şəxslərdən üçü həlak olub.
Alp dağlarının şimal hissəsi və Aşağı Karintiya regionundan hərəkət edən soyuq hava kütləsi ölkənin qərbindən şərqinədək bir çox ərazilərdə güclü yağış, tufan və daşqına səbəb olub. Nəticədə yanğınsöndürən və təcili yardım qüvvələrinə Ştiriya, Aşağı Avstriya və Burqenland federal əyalətlərində yüzlərlə çağırış daxil olub. Paytaxt Vyanada yağış fəsadlara səbəb olmasa da, şəhər meriyası ən yüksək xəbərdarlıq siqnalı elan edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]