Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan–ABŞ münasibətləri daha dayanıqlı və institusional xarakter alıb MÜSAHİBƏ

Azərbaycan–ABŞ münasibətləri daha dayanıqlı və institusional xarakter alıb MÜSAHİBƏ

Bakı, 16 iyul, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Corc Meyson Universitetinin Schar Dövlət Siyasəti və İdarəetmə Məktəbində doktorant və Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin idarəedici redaktoru Əli Məmmədov AZƏRTAC-a müsahibə verib. Ə.Məmmədov müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyətini, ABŞ administrasiyasının Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsində rolunu qiymətləndirib.

Müsahibəni təqdim edirik:

- Azərbaycan–ABŞ münasibətlərində son dövrdə müşahidə olunan inkişaf iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir. Azərbaycan–ABŞ münasibətlərinin vəziyyəti və bu əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, hazırda Azərbaycan-ABŞ münasibətləri son onilliklərin ən müsbət və dinamik mərhələlərindən birini yaşayır. Son dövrdə baş vermiş yüksəksəviyyəli təmaslar və əldə olunan razılaşmalar göstərir ki, əməkdaşlıq artıq daha sistemli və strateji xarakter alır. Əvvəlki dövrlərdə münasibətlər əsasən enerji və təhlükəsizlik məsələləri üzərində qurulurdusa, bu gün gündəlik daha genişdir və ticarət, investisiyalar, nəqliyyat, rəqəmsal texnologiyalar, süni intellekt və müdafiə kimi sahələri də əhatə edir. Bu yaxınlaşmanı şərtləndirən bir neçə amil var. ABŞ administrasiyasının xarici siyasətdə daha praqmatik yanaşmaya üstünlük verməsi qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Son illərdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq da regionun beynəlxalq iqtisadi və nəqliyyat layihələri baxımından əhəmiyyətini artırıb. Regionun aparıcı dövlətlərindən biri kimi Azərbaycan strateji coğrafi mövqeyi və həyata keçirdiyi regional layihələr sayəsində ABŞ üçün daha mühüm tərəfdaşa çevrilib. Azərbaycanın Vaşinqtonla münasibətləri daha geniş istiqamətlər üzrə inkişaf etdirmək istəyi də bu prosesə müsbət təsir göstərir. Gələcək perspektivlərə baxdıqda isə hesab edirəm ki, münasibətlərin inkişafı qarşılıqlı maraqların daha da dərinləşməsindən asılı olacaq. ABŞ şirkətlərinin Azərbaycana investisiyalarının artması, Orta Dəhlizin və digər regional nəqliyyat layihələrinin inkişafı, enerji, yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişlənməsi strateji tərəfdaşlığı daha da möhkəmləndirə bilər. Təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi və Azərbaycanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində atılacaq addımlar da iki ölkə arasında etimadın artmasına töhfə verəcək. Eyni zamanda, gələcəkdə ABŞ qanunvericiliyində mövcud məhdudiyyətlərin, xüsusilə 907-ci düzəlişlə bağlı məsələlərin həlli əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yarada bilər. Hesab edirəm ki, Azərbaycan–ABŞ münasibətləri daha dayanıqlı və institusional xarakter alıb. Uzunmüddətli perspektivdə bu münasibətlərin əsas dayağını da məhz qarşılıqlı maraqlar təşkil edəcək.

- Prezident Donald Trampın müxtəlif bölgələrdə sülhün təşviqinə, o cümlədən Azərbaycan–Ermənistan sülh prosesi üzrə danışıqların yekun mərhələsinə mühüm töhfə verməsini nəzərə alaraq, ABŞ administrasiyasının Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsində rolunu necə qiymətləndirirsiniz?

- Tramp administrasiyasının Cənubi Qafqaza yanaşmasını əvvəlki dövrlərdən fərqləndirən əsas cəhət regiona daha praqmatik və uzunmüddətli baxışın formalaşmasıdır. ABŞ sonuncu dəfə Cənubi Qafqaz və Mərkəzi Asiyaya bu səviyyədə diqqəti əsasən terrorizmə qarşı qlobal mübarizə dövründə ayırmışdı. Həmin mərhələdə region daha çox ABŞ-nin daha geniş təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qiymətləndirilirdi. Sonrakı illərdə bu maraq nisbətən azalmışdı. Bu gün isə Cənubi Qafqaz strateji mövqeyi, iqtisadi potensialı və nəqliyyat imkanları ilə ABŞ üçün ayrıca əhəmiyyət daşıyan region kimi nəzərdən keçirilir. Azərbaycan və Ermənistan arasında sülh prosesinə gəlincə, hesab edirəm ki, ABŞ administrasiyasının rolu müsbət qiymətləndirilə bilər. Sülhün əsasını tərəflərin öz siyasi iradəsi və uzunmüddətli danışıqlar təşkil edir. Bununla yanaşı, uzun illər münaqişə yaşamış iki ölkə arasında yekun sülh mərhələsində ABŞ kimi nüfuzlu beynəlxalq aktorun siyasi dəstəyi mühüm əhəmiyyət daşıyır. Bu dəstək əldə olunmuş razılaşmaların beynəlxalq legitimliyini və etibarlılığını gücləndirir, sülh prosesinə əlavə siyasi impuls verir. ABŞ-nin prosesdə iştirakı Vaşinqtonun regionda sabitliyin qorunması və əldə olunmuş razılaşmaların uğurla həyata keçirilməsində maraqlı olduğunu da göstərir. Beləliklə, ABŞ sülhün qorunmasında da maraqlı tərəfə çevrilir. Hazırkı administrasiyanın yanaşmasında sülh iqtisadi inkişaf və regional əməkdaşlığın əsas şərtlərindən biri kimi qiymətləndirilir. Davamlı sabitlik yeni nəqliyyat marşrutlarının açılmasına, ticarətin genişlənməsinə, investisiyaların artmasına və regionun beynəlxalq iqtisadi əlaqələrinin güclənməsinə əlverişli şərait yaradır. Cənubi Qafqaz Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən strateji regiondur. Burada sabitliyin möhkəmlənməsi həm region ölkələri, həm də daha geniş Avrasiya məkanı üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən hesab edirəm ki, Vaşinqtonun sülh prosesinə verdiyi dəstək regionun gələcəyinə hesablanmış daha geniş strateji baxışı əks etdirir.

- Tramp administrasiyası Cənubi Qafqazda sülhü yeni iqtisadi və geosiyasi imkanlar yaradan amil kimi qiymətləndirir. Bu siyasət regionun gələcək inkişafına və Azərbaycan–ABŞ əməkdaşlığına hansı mühüm təsirlər göstərə bilər?

- Hesab edirəm ki, Tramp administrasiyasının bu yanaşması kifayət qədər praqmatikdir. İqtisadi baxımdan sabitlik həmişə investisiya və uzunmüddətli inkişaf üçün ən əlverişli mühit hesab olunur. Sabitlik şəraitində investisiyalar artır, ticarət genişlənir, yeni nəqliyyat marşrutları formalaşır və iri infrastruktur layihələrinin həyata keçirilməsi asanlaşır. Bu baxımdan Cənubi Qafqazda sülh regionun gələcək iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Hazırkı ABŞ administrasiyası da bu perspektivdən çıxış edir. Regionda sabitliyin möhkəmlənməsi ABŞ şirkətlərinin Azərbaycana marağını artıra, nəqliyyat, logistika, enerji, yüksək texnologiyalar və rəqəmsal infrastruktur sahələrində yeni əməkdaşlıq imkanları yarada bilər. Son dövrlərdə ABŞ rəsmilərinin Azərbaycana səfərləri və Amerika şirkətlərinin müxtəlif layihələrə cəlb olunması bu istiqamətdə formalaşan marağın ilk əlamətləri kimi qiymətləndirilə bilər. Bunları daha uzunmüddətli əməkdaşlığın başlanğıcı kimi görmək mümkündür. Burada əsas məsələlərdən biri qarşılıqlı iqtisadi maraqların dərinləşməsidir. Praktika göstərir ki, dövlətlər arasında ən dayanıqlı tərəfdaşlıqlar ortaq maraqlar üzərində qurulur. İnvestisiyalar artdıqca, birgə layihələrin sayı çoxaldıqca və iqtisadi əlaqələr genişləndikcə əməkdaşlığın qorunması hər iki tərəf üçün daha cəlbedici olur. Bu baxımdan iqtisadi inteqrasiya sülhün davamlılığını gücləndirən mühüm amillərdən biridir. Qarşıdakı illərdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi Azərbaycan–ABŞ münasibətlərini yeni mərhələyə daşıya bilər. Əgər mövcud dinamika qorunub saxlanılarsa, qarşılıqlı investisiyaların artması, iqtisadi əlaqələrin genişlənməsi və strateji maraqların dərinləşməsi iki ölkə arasında daha sabit, institusional və uzunmüddətli tərəfdaşlığın formalaşmasına ciddi töhfə verəcək.

Müxbir- Günel Türksoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb