Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ağır Atletika Federasiyası Astanada antidopinq konfransında təmsil olunub

Bakı, 18 noyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada Qazaxıstan Ağır Atletika Federasiyasının (QAAF) təşkilatçılığı ilə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) antidopinq konfransı keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildirilib ki, tədbirdə IWF prezidenti Tamaş Ayan, baş katib Mohammad Calud, IWF Antidopinq Komissiyasının sədri Patrik Şamaş, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin tələbi ilə 2008-ci il Pekin və 2012-ci il Londonda keçirilən Olimpiya oyunlarında mübarizə aparan idmançıların analizlərinin yenidən yoxlanılması nəticəsində ağır atletlərindən üç və daha çox dopinq-testi müsbət çıxan və buna görə birillik diskvalifikasiyaya məruz qalan doqquz federasiyanın (Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin, Moldova, Rusiya, Türkiyə və Ukrayna) idarə heyətlərinin üzvləri iştirak ediblər.

Konqresdə Azərbaycanı AAAF baş katibi Rizvan Rəsulov təmsil edib.

Konfransda müzakirə olunan məsələlər və perspektivlər barədə məlumat verən baş katib Rizvan Rəsulov bildirib ki, tədbirin təşkilində məqsəd dopinqə qarşı mübarizənin ən yüksək səviyyədə aparılmasının təmini, bunun üçün lazım olan bütün tədbirlərin görülməsi və müvafiq addımların atılması yollarının müzakirə edilməsi idi. Təşəbbüs QAAF tərəfindən gəlib və IWF tərəfindən müsbət qarşılanıb. Əsas müzakirə mövzusu verilən cəzanın bir ildən səkkiz aya endirilməsi, bunun üçün meyarların təyini, bu müddət ərzində yerli federasiyalar və antidopinq agentlikləri vasitəsilə ciddi mübarizə sistemlərinin yaradılması, belə halların bir də təkrarlanmaması üçün işlərin görülməsi olub.

Hazırda Beynəlxalq Olimpiya Komitəsi (BOK) başda olmaqla müvafiq qurumlar yalnız bizim yox, digər idman növlərində də yaranan böyük dopinq problemlərinin həllinə çalışır. Ağır atletika dopinq sayı baxımından “öncül” növlərdən biri olduğundan IWF çox narahatdır. Prezident Tamaş Ayan Astanadakı çıxışında bu narahatlığını dəfələrlə ifadə edib. Bildirib ki, belə hallar davam edəcəyi təqdirdə ağır atletikanın Olimpiya ailəsində qalıb-qalmaması məsələsi ciddi müzakirəyə çıxarıla bilər.

“AAAF olaraq biz də narahatıq. Çünki ilk Olimpiya Oyunlarından bu yana ağır atletika həmişə böyük idmanın ayrılmaz hissəsi olub. İdmanın bu növünün Azərbaycanda da böyük ənənələri var. Olimpiadadan təcridolunma qərarı minlərlə, onminlərlə, yüzminlərlə insanın idmandan getməsi ilə nəticələnə bilər. Bunu da heç kim istəməz. IWF çalışır ki, ənənələri qorusun, buna mane olmaq istəyənlərə isə ciddi sanksiyalar tətbiq etsin. T.Ayan hətta belə bir fikir səsləndirdi ki, “hazırda IWF özündə 192 ölkənin federasiyasını ehtiva edir. Bundan sonra da hər hansı federasiya dopinqə qarşı lazımi mübarizə aparmasa, bu problemin böyüməsinə rəvac versə, tələb olunan qaydalara riayət etməsə həmin ölkəni IWF-dən birdəfəlik uzaqlaşdırılması haqda düşünmək lazım gələcək” - deyə baş katib bildirib.

Diqqətə çatdırılıb ki, IWF-in ölkəmizlə bağlı əsas istəyi antidopinq seminarlarının təşkili və belə tədbirlərin sayının çoxaldılması, WADA ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) sıx əməkdaşlığın qurulması, ən əsası federasiyanın qarşısına qoyulan tələblərin tam yerinə yetirilməsidir. Bu müddətdə müstəqil antidopinq ekspertlərindən təşkil olunmuş monitorinq qrupu müntəzəm qaydada Azərbaycana gələcək. Qarşıya qoyulan tələblər federasiya tərəfindən yerinə yetirilərsə, diskvalifikasıya müddətinin bitməsinə dörd ay qalmış yeniyetmələrin, iki ay qalmış isə digər yaş qruplarının və rəsmi (texniki) nümayəndələrin beynəlxalq yarışlara qatılmasına icazə veriləcək. Əks halda, diskvalifikasiya dövrünün sonuna qədər beynəlxalq yarışlarda iştirak edə bilməyəcəyik.

R.Rəsulov deyib ki, dopinqlə bağlı mübarizə işlərini biz AMADA ilə birgə aparırıq. Ölkəmizdə ağır atletika bölmələri Təhsil Nazirliyinin, Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN), AHİTA-nın nəzdində olan Uşaq Gənclər İdman məktəblərində fəaliyyət göstərir. Bu məktəblərdə fəaliyyət göstərən bölmələrin rəhbər işçiləri mütəmadi olaraq məşqçi-müəllim heyəti ilə dopinqlə bağlı təbliğat və təşviqat işləri aparmalıdırlar. Çünki ölkədaxili yarışlarda iştirak edən idmançılar idman məktəblərinin yetirmələridir. Hansısa idmançıdan analiz nəticəsində qadağan olunmuş maddə aşkar edilərsə, bu hal qeyd olunan təşkilatların imicinə ciddi ziyan vurur. Federasiya isə bu hallar baş verdikdə həmin məktəblərin yuxarı təşkilatlarına rəsmi məlumat göndərəcəkdir. Düşünürəm ki, federasiya AMADA, GİN və MOK-la vahid bir sistemdə fəaliyyət göstərərək dopinqə qarşı birgə mübarizəni və əsasən də məşqçi-müəllimlər arasında təbliğat və təşviqat işlərini gücləndirməlidir. Bu işdə hazırda bədən tərbiyəsi və idman sahəsində ali bədən tərbiyəsi mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə qadağan edilmiş dərman preparatlarının rolu olmadan yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində yeni müasir metodların işlənib hazırlanması da vacib məsələlərdən biridir. Bu preparatların qəbulu idmançının orqanizminə kifayət qədər ziyan vurmaqla bərabər, zehni inkişafını da kəskin şəkildə minimuma endirir. Ağır atletika elə idman növüdür ki, burada idmançı əqli ilə hərəkət etməlidir. Əks halda, heç bir nəticəyə gəlib çıxmaq olmaz. Bunu əvvəlki proseslər də göstərdi. Keçmişə baxsaq görərik ki, ağır atletika ilə məşğul olanların əksəriyyəti dopinq vasitələrindən istifadə etməyiblər. Bunun nəticəsində onlar 25-35 yaşlarında yüksək nəticələr əldə ediblər. Sonda isə ali təhsil müəssisələrində tədris aparan müəllimlər, professorlar, digər elmi dərəcələri olan kafedra müdirləri, nazirliklərdə işləyən vəzifəli şəxslər, həkim və mühəndis peşəsində işləyən insanlar yetişib. Bu baxımdan bugünkü statistika bizi narahat etməyə bilməz. Bu, psixoloji maneədir və bunu layiqli şəkildə arxada qoymalı, keçməliyik.

“AAAF-ın fəaliyyətinə beynəlxalq münasibət çox müsbətdir. AAAF antidopinq fəaliyyətini artıq ötən ilin yayından aparır. T.Ayan Bakıya səfəri zamanı bundan məmnunluğunu ifadə edib. O gördü ki, AAAF dopinqə “yox” deyir və bunu hər addımı ilə sübut edir. Biz işin psixoloji tərəfinə də böyük önəm veririk. “Dopinqsiz nəticə qazanmaq mümkün deyil” fikrini insanların beynindən çıxarmaq, onları yeni, təmiz mübarizə erasının başlandığına inandırmaq asan deyil. Bu, yetərincə böyük vaxt və əmək sərfi tələb edən işdir. Ötən ilin noyabrında Prezident İlham Əliyevin Fərmanı əsasında antidopinq qanunu qüvvəyə mindi və AMADA yaradıldı. Mexanizm, hüquqi əsas, təməl var, qalır işi başa çatdırmaq”, - deyə R.Rəsulov qeyd edib.

Bildirilib ki, konfrans çərçivəsində Astanada IWF-in baş katibinin ofisinin açılışı olub. Artıq demək olar ki, dünyada ağır atletikanın iki mərkəzi var - Budapeştdə prezidentin, Astanada isə baş katibin ofisi. Bu, həm Qazaxıstan, həm də yaxın ölkələrin inkişafına təkan verəcək məqamdır. Çünki məsafələr qısalacaq və ünsiyyət, çalışma daha rahat olacaq. Mənim üçün açılış zamanı qeyd edə biləcəyim əsas məqam, bu ofisdə Olimpiya çempionu, azərbaycanlı Nicat Rəhimovun rəngli boya ilə çəkilmiş rəsminin divardan asılması olub. Bundan böyük fərəh hissi duydum. Nicat bizimdir, bizim çempionumuzdur, Qazaxıstanın adından çıxış etməsi isə çox şeyi dəyişmir. Onun əldə etdiyi nəticə bizim bütün atletlərimiz üçün nümunədir. O, özü də hazırda Bakıda, vətənindədir. Nicat ilk addımlarını atdığı “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti, eyni zamanda AAAF-ın vitse-prezidenti olan Tofiq Heydərovla görüşüb. Uğurlarındakı roluna görə ona, kluba, onun bütün üzvlərinə, həmçinin bütün ağır atletika ailəsinə öz minnətdarlığını bildirib. Biz həmişə onun uğurlarına sevinmişik, bundan sonra da sevinəcəyik. O, Olimpiya çempionu kimi Azərbaycan ağır atletikasının tarixinə adını qızıl hərflərlə yazmış idmançıdır.

“Düşünürəm ki, AAAF-ın gördüyü işlər birillik cəzanın səkkiz aya endirilməsinə şans verir. Gələn il üçün əsas beynəlxalq yarışlarımız Yeniyetmələrin Olimpiya Oyunları, gənclər arasında Avropa və böyüklər arasında dünya çempionatıdır. Dövlətin antidopinq siyasətinin fəaliyyət mexanizmi də möhkəmlənir, Gənclər və İdman Nazirliyi tərəfindən vacib dəstək göstərilir. Federasiya isə fəaliyyətini yaranmış bu imkanlar üzərində quraraq çalışır ki, düzgün addımlarla idmançılarımızın fiziki, psixoloji, texniki hazırlığını ən yüksək səviyyəyə çatdırsın. İnsanlar bizə inanmalı, kömək etməlidirlər. Azərbaycan güclü insanların vətənidir. Regionlarmızdakı təbiət ağır atletlərin yetişməsi üçün çox münbitdir. Biz də güclü insanları bu idmana cəlb edir, əsl çempionlar yetişdirməyə çalışırıq. Bunun üçün bütün maddi-texniki bazamız, mütəxəssis ehtiyatımız var. Əminəm ki, cəzamız da səkkiz aya endiriləcək və biz beynəlxalq yarışlarda iştiraka vaxtından əvvəl başlaya biləcəyik.

Bu cəza müddətində ölkədaxili yarışlar keçiriləcək. IWF bu doqquz ölkəyə diskvalifikasiya dövründə ruhdan düşməmək üçün motivasiya verməyə çalışır. Buna görə də daxili yarışların təşkilinə razılıq verilir, hazırlığın fasiləsiz olmasına imkan yaradılır. Qarşıdakı ən azı 8 ay ərzində beynəlxalq yarışlarda iştirak edə bilməsək də, ölkə çempionatı, kuboku və birinciliklərinin keçirilməsinə maneə yoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb