AZƏRBAYCAN AVROPA ŞURASI QARŞISINDA GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRİN BÖYÜK ƏKSƏRİYYƏTİNİ YERİNƏ YETİRMİŞDİR
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov seçkilərə hazırlıq, qəbul olunmuş qanunlar və digər məsələlər barədə ətraflı məlumat vermişdir. S.Seyidov demişdir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin demək olar ki, hamısını yerinə yetirmişdir. Azərbaycan hökuməti bu seçkiləri də tam demokratik, Avropa standartlarına uyğun keçirmək niyyətindədir və bu, belə olacaqdır.
AŞPA-nın müşahidə missiyasının rəhbəri Andres Herkel, Avropa Demokrat Qrupunun üzvü Mövlud Çavuşoğlu və başqaları Azərbaycanda keçirdikləri görüşlərdən danışmış, təəssüratlarını bölüşmüşlər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qonaqları maraqlandıran sualları cavablandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]