İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Assambleyasının iclasında təmsil olunur
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 6-cı iclasında və Ümumdünya Gələcəyin Enerjisi Sammitinin iclasında təmsil olunur.
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) AZƏRTAC-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə IRENA-nın Assambleyasının 6-cı iclası, Ümumdünya Gələcəyin Enerjisi Sammitinin iclası, o cümlədən də alternativ və bərpa olunan enerji mənbələrinə dair beynəlxalq sərgi keçirilir. 150-dən çox dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri və hökumət rəsmilərinin iştirak etdiyi iclaslarda və sərgidə ABOEMDA-nın sədrinin müavini Cəmil Məlikov və işçi qrupu təmsil edirlər.
Xatırladaq ki, Azərbaycan 2009-сu ildən IRENA-nın tamhüquqlu üzvü seçilib.